Menu
Geri İrəli

Sumqayıt məktəblərinin üç məzunu orta təhsili qızıl medalla başa vurub

Müəllif: sumqayitxeber.com • Tarix: 17 İyul 2012 • Baxış sayı: 218 dəfə • Şərh yoxdur

Sumqayıt şəhər Təhsil Şöbəsi müdirinin müavini Vaqif Ələkbərovun AzərTAc-a verdiyi məlumata görə, 2012-ci ildə Sumqayıt orta məktəblərinin 11-ci siniflərinin buraxılış imtahanlarını uğurla vermiş 95 faiz məzununa tam orta təhsil haqqında attestatlar veriləcəkdir.
Respublika orta məktəblərinin 9-cu sinif şagirdlərinin 87 faizi də buraxılış imtahanlarını uğurla vermişdir. Onlara natamam orta təhsil haqqında attestatlar veriləcəkdir. Lakin V.Ələkbərov qeyd etmişdir ki, bu göstərici dəyişə bilər, çünki buraxılış imtahanlarını uğurla verə bilməmiş 9-cu sinif şagirdləri üçün sentyabr ayında təkrar imtahan keçiriləcəkdir. Vaqif Ələkbərov onu da qeyd etmişdir ki, Sumqayıt məktəblərinin üç nəfər məzunu tam orta təhsil kursunu qızıl medalla başa vurmuşdur. Bu məzunlardan ikisi şəhər gimnaziyasını bitirmişdir.
Xatırladaq ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) məlumatına görə, 2012-ci ildə respublikanın 11-ci siniflərinin 9011 şagirdi və 9-cu siniflərinin 23170 şagirdi buraxılış imtahanlarını verə bilməmişdir. Ətrabə Rzayeva, AzərTAC

Facebook Şərhləndirmə:

Şərhinizi yazın