Menu
Geri İrəli

“Sumqayıt Gənclərinin EKO şəbəkəsi” layihəsi başlayıb

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Sentyabr 2012 • Baxış sayı: 417 dəfə • 1 şərh
Share Button

Düşərgə “SAĞLAM DÜŞÜNCƏ” Gənclər Təşkilatı tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Azərbaycan Gənclər Fondunun dəstəyilə həyata keçirilir. Düşərgəyə müsahibə əsasında 15 Sumqayıt gənci seçilib. Gənclərə düşərgə müddətində Ekologiya, Eko dizayn, Təkrar emal, İctimai vəkillik, Eko layihələrin yazılması və idarə olunması kimi bir çox mövzularda təlimlər keçiriləcək.

Düşərgədən qayıtdıqdan sonra 15 gənc layihənin davamı olaraq Sumqayıtda gənclərdən ibarət EKO şəbəkə formalaşdıracaq və burada müxtəlif tədbirlər həyata keçirəcəklər və ekoloji maarifləndirmənin təşkilinə yardımçı olacaqlar. EKO şəbəkəçilər Sumqayıt şəhərinin ekoloji problemlərinin aradan qaldırılması üçün yeni layihələr üzərində işləyəcəklər.

Qeyd edək ki, 2011-ci ildə “SAĞLAM DÜŞÜNCƏ” Gənclər Təşkilatı  “Açıq Cəmiyyət İnstitutu- Yardım Fondu”nun  dəstəyi ilə “Ətraf mühitin mühafizəsi və bu işdə gənclərin rolu”  adlı ekoloji layihə həyata keçirmişdir ki, bu zaman 100-dən çox gənc və məktəbli ekologiyaya dair biliklər əldə etmiş və debatların iştirakçısı olmuşdur.

Facebook Şərhləndirmə:
Share Button

““Sumqayıt Gənclərinin EKO şəbəkəsi” layihəsi başlayıb” yazısına bir cavab

  1. sarqiyya deyir:

    xeyirli iwler gorurler,qoy elesinler

Şərhinizi yazın