Menu
Geri İrəli

Mirmahmud Mirəlioğlu üçüncü dəfə övlad itkisi yaşadı

Müəllif: sumqayitxeber.com • Tarix: 12 İyun 2012 • Baxış sayı: 452 dəfə • 2 şərh

Sumqayıtlı partiya sədrinin 28 yaşlı qızının ürəyi dayanıb


Ötən gecə Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun qızı, 28 yaşlı Mahirə Fəttayevanın qəflətən ürəyi tutub. Onu həkimə yetişdirmək mümkün olmayıb, evdə dünyasını dəyişib.

M. Fəttayeva 4 il öncə ailə həyatı qurub, 3 yaşlı Məhəmmədəmin adlı bir oğlu var.

M. Fəttayevanın dəfn mərasimi bu gün saat 12-də Saray qəsəbəsində keçiriləcək.

Qeyd edək ki, M. Mirəlioğlunun bundan əvvəl gənc və yeniyetmə yaşında iki oğlu da dünyasını dəyişib. Onun oğlunun biri 1991-ci ildə yol qəzasında, digəri isə 2009-cu ildə ürək tutmasından vəfat edib.

Facebook Şərhləndirmə:

“Mirmahmud Mirəlioğlu üçüncü dəfə övlad itkisi yaşadı” yazısına 2 cavab

  1. Natiq deyir:

    Allah Rehmet Elesin!!!

  2. Elman deyir:

    Allah rəhmət eləsin. Yaxınlarına da səbr versin. İnna ileyhi və inna raciun

Şərhinizi yazın