Menu
Geri İrəli

Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun tikintisi nə vaxt başa çatacaq?

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Avqust 2012 • Baxış sayı: 345 dəfə • 1 şərh

“Azəryolservis” ASC-dən Trend-ə bildirilib ki, layihələndirilən avtomobil yolu Bakı şəhərinin şimal hissəsindən, o cümlədən Bilgəh, Nardaran, Kürdəxanı, Fatmayi, Novxanı istiqamətində davam etməklə, Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-cı km-liyi ilə kəsişərək Bakı-Şamaxı-Yevlax avtomobil yoluna birləşəcək.

Mərhələli şəkildə davam etdirilən tikinti işləri Bilgəh qəsəbəsindən Kürdəxanıya qədər olan 14 km-lik hissədə həyata keçirilir. Layihə üzrə nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz hərəkətini təmin etmək üçün iki yol ötürücüsü və 3 piyada keçidinin inşası nəzərdə tutulub.

Artıq 14 km-lik hissədə tikinti altına düşən yaşayış və qeyri-yaşayış sahələri köçürülüb, bir yol ötürücüsü, bir piyada keçidi və yolun 5 km-lik hissəsində işlər tamamlanıb. Qeyd olunan hissənin 2012-ci ildə başa çatdırılması planlaşdırılır.

Hazırda yolun 14-42-ci km-lik hissəsinin layihələndirilməsi və paralel olaraq tikinti işlərinə start verilib.

Milli.Az

Facebook Şərhləndirmə:

“Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun tikintisi nə vaxt başa çatacaq?” yazısına bir cavab

  1. Bayram deyir:

    diye bilersiz novxanida haradan kecek bu yol?

Şərhinizi yazın