Menu
Geri İrəli

Sumqayıtda yeni layihənin təqdimatı keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Oktyabr 2012 • Baxış sayı: 192 dəfə • Şərh yoxdur

Potensial Sumqayıt Mütəxəssislər Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Sumqayıt şəhəri və ətraf qəsəbələrdə sanitariya-ekoloji mədəniyyətin yüksəldilməsinə xidmət edən marifləndirmə tədbirlərinin təşkili” layihəsinin icrasına başlamışdır. Layihənin əsas məqsədi Sumqayıt şəhərində sakinlərin diqqətini şəhərin ekoloji və sanitariya problemlərinə yönəltmək, məhəllə komitələri və vətəndaş cəmiyyəti qurumlarını bu problemlərin həllinə cəlb etmək və beləliklə də daha çox vətəndaşın yerli ekoloji və sanitariya problemlərinin həllində iştirakına, bütövlükdə sakinlərin ekoloji və sanitariya mədəniyyətinin inkişafına nail olmaqdır.

Birliyin ofisində yeni layihənin təqdimatı tədbiri keçirrildi. Tədbirdə Sumqayıt şəhərində fəaliyyət göstərən yerli QHT, media və məhəllə komitələrinin liderləri iştirak edirdi.

Birliyin sədri S.Fərzəliyev tədbiri açaraq layihənin ortaya çıxma zərurəti, Sumqayıtda ekoloji sağlamlaşdırılması sahəsində mövcud olan problemlər, sakinlərin bu problemlərə münasibəti, ekoloji mədəniyyətin səviyyəsi, layihədə qarşıya qoyulan əsas vəzifələr barədə ətraflı məlumat verdi. “Avand” Humanitar Yardım Təşkilatının sədri Yusif Hüsiyev, müharibə veteranları və vətənpərvərlər İb-nin sədri Firudin Əhmədli, 17-ci mkr-n üzrə məhəllə komitəsinin sədri Saleh Kərimov, 48-ci məhəllə üzrə məhəllə komitəsinin sədri Şöhrət Qurbanov, Sumqayıtxəbər.com internet qəzetinin baş redaktoru Eyvaz Qocayev, 168 saat qəzetinin baş redaktoru Vüsal Məmmədov və başqaları çıxış edərək layihədə qarşıya qoyulan məsələlərin aktuallığı və onların həlli vacibliyini vurğulayaraq bu layihənin səmərəliliyini və effektivliyini artırmaq üçün rəy və təkliflərini bildirdilər vurğuladılar.

Tədbirdə iştirak edən yerli QHT və media əməkdaşları da Birliyə yeni layihənin icrasında uğurlar arzuladılar və layhənin icrasında təşkilatla əməkdaşlıq edəcəklərini qeyd etdilər.

Sonda Birliyin sədri S.Fərzəliyev iştirakçılara xoş arzularına və dəyərli təkliflərinə görə minnətdarlığını bildirdi.

Qeyd edək ki, Potensial Sumqayıt Mütəxəssislər Birliyi 1998-ci ildə yaradılmış, 27 may 2000-ci ildə müstəqil qeyri hökumət təkilatı kimi Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. 1999-cu ilin oktyabr ayından Böyük Britaniyanın OXFAM Humanitar Təşkilatının dəstəyi ilə Sumqayıtda pulsuz hüquqi yardım mərkəzi təşkil etməklə fəaliyyətə başlayan təşkilat ötən müddətdə müxtəlif beynəlxalq təşkilatların (ОXFAM Bеynəl­хalq Humanitar Təşkilatının, “Avrasiya” Fоndunun, ABŞ Səfirliyinin Dеmоkratiya Kоmissiyasının,  BMT QAK-ın, Nоrvеç Qaçqınlar Şurasının, ACI-YF Budapeşt ofisinin, “Dünyaya baхış” Bеynəlхalq Humanitar Təşkilatının, Nоrvеç səfir­liyinin, Açıq Cəmiyyət İnstitutunun, Counterpart İnternational təşkilatının, BMT Əhali Fondunun)və QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə 30-a yaxın layihə icra etmişdir.

Fidan Məmmədova, sumqayitxeber.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın