Menu
Geri İrəli

Sumqayıtda da yeni sahə inzibati ərazi dairəsi yaradılacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Oktyabr 2012 • Baxış sayı: 254 dəfə • Şərh yoxdur

Milli Məclisin Regional məsələlər komitəsinin cümə günü keçirilən iclasında yeni sahə inzibati ərazi dairələrinin yaradılması ilə bağlı qanunvericiliyə dəyişikliklər müzakirə olunub.

“Azərbaycanın bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi” haqqında qanun layihəsində bir sıra rayonlarda sahə inzibati ərazi dairələrinin yaradılması öz əksini tapıb. Qanun layihəsinə görə, yeni sahə inzibati ərazi dairələri Bakı şəhərinin Binəqədi, Xətai, Nərimanov, Nəsimi, Nizami, Səbail və Yasamal, Gəncə şəhərinin Kəpəz və Nizami, həmçinin Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax şəhərlərində yaradılacaq. Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə iclasda bildirib ki, sahə inzibati ərazi dairələri idarəetmə, icra hakimiyyəti orqanlarının əhaliyə daha yaxın olması məqsədini güdür. “Əvvəl vətəndaşa bir arayış almaq üçün icra hakimiyyətinə getmək lazım idisə, indi bu, həmin sahə inzibati ərazi dairələrində həyata keçiriləcək”, – o deyib.

Rəhimzadə bildirib ki, ümumilikdə 40 sahə inzibati ərazi dairəsi yaradılacaq. Sahə inzibati ərazi dairələri, həmçinin Naxçıvanda da yaradılacaq.

Trend

Facebook Şərhləndirmə:

Şərhinizi yazın