Menu
Geri İrəli

Sumqayıtda əlillərin hüquqları ilə bağlı seminar keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Sentyabr 2012 • Baxış sayı: 182 dəfə • Şərh yoxdur

Sumqayıt şəhərində “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyinin (VMİB) təşkilatçılığı ilə  “Cəmiyyət arasında əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat və təşviqat kampaniyasının təşkili” layihəsi çərçivəsində yerli QHT fəalları üçün ilk seminar keçirilmişdir.

VMİB-dən verilən məlumata əsasən layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud olan uşaqların, əlillərin problemlərini cəmiyyətin diqqətinə çatdırmaq, cəmiyyətin bu kateqoriyadan olan insanlara münasibətini dəyişmək, həmçinin onların problemlərinin həllinə cəmiyyətin dəstəyinə nail olmaqdır.

Keçirilən seminarda yerli QHT və media təmsilçiləri, ictimaiyyətin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul əməkdaşları, iştirak edirdilər.

Tədbir iştirakçılarına VMİB-nin həyata keçirdiyi layihənin mahiyyətinə dair geniş məlumat verilmişdir. VMİB-nin sədri Emin Xanlarov bildirmişdir ki, fiziki məhdudiyyətli şəxslərə mövcud potensiallarını dürüst qiymətləndirilmələri və həmin potensialı bu və ya digər fəaliyyət sahəsində gerçəkləşdirmək, beləliklə də, öz potensial imkanları müqabilində maddi və mənəvi tələbatlarını ödəyərək cəmiyyətin fəal hissəsinə çevrilmək üçün şəraitin yaradılması günümüzün vacib məsələlərindən biridir. E.Xanlarov qeyd etmişdir ki, bununla bağlı olaraq, müasir dünyada sınanmış mütərəqqi sosial reabilitasiya mexanizmlərinin ölkəmizə gətirilməsi və ixtisaslaşmış vətəndaş cəmiyyətləri ilə birgə tətbiq edilməsi işlərinə artıq başlanılıb və bu işdə VMİB fəal iştirak edir.

Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin sektor müdiri İskəndər Mustafayev tədbirdə çıxış edərək sağlamlıq imkanları məhdud və əlilliyi olan şəxslərin problemlərin həlli istiqamətində son illərdə görülən işlər, habelə “Əlilliyi olan şəxslərin hüquqları haqqında Beynəlxalq Konvensiya”nın ratifikasiyasından sonra ölkəmizdə əlillərin sosial müdafiəsi sahəsində həyata keçirilən əhəmiyyətli dəyişikliklər barədə ətraflı məlumat vermişdir.

Tədbirdə iştirak edən QHT rəhbərlərindən Potensial SMB-nin sədri Sahib Fərzəliyev, Gözdən əlillər cəmiyyəti Sumqayıt şöbəsinin sədri Tamam Cəfərova, Bizim şəhər İB-nin sədri Mətanət Zeynalova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sumqayıt Şəhər Şöbəsinin sədri Tərlan Hacızadə, Qızıl Aypara Cəmiyyəti Sumqayıt şöbəsinin sədri Mətanət Məhərrəmova və başqaları çıxış edərək müzakirə olunan mövzu ilə bağlı fikirlərini rastlaşdıqları problemlər və onların həlli ilə bağlı təkliflərini səsləndirdilər

Sonda iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılmış və onlara mövzu ilə bağlı maariflənddırici vəsaitlər təqdim olunmuşdur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın