Menu
Geri İrəli

Xilasedicilər evdə huşsuz qalan şəxsi xilas etdilər

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Sentyabr 2012 • Baxış sayı: 151 dəfə • Şərh yoxdur

“sumqayitxeber.com” saytı Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki,  Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının damından enərək 5-ci mərtəbədə yerləşən mənzilə eyvandan daxil olmuşlar. Xilasedicilər tərəfindən mənzilə baxış keçirilərkən vətəndaş huşsuz vəziyyətdə aşkarlanmış və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilmişdir. Əməliyyat saat 22:15-də başa çatmışdır;

Facebook Şərhləndirmə:

Şərhinizi yazın