Menu
Geri İrəli

Kimyaçılar Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər keçirir

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Fevral 2013 • Baxış sayı: 147 dəfə • Şərh yoxdur

«Azərikimya»nın idarə və müəssisələrində Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər keçirilmişdir

Azərbaycanın hər yerində olduğu kimi, bu gün «Azərikimya» İstehsalat Birliyinin akt zalında da kimyaçı gənclərin, YAP-ın Sumqayıt şəhər təşkilatının müxtəlif müəssisələr üzrə gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə XX əsr Azərbaycan tarixinin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı ilə bağlı geniş tədbir keçiril­mişdir.

Tədbirdə 21 il əvvəl Xocalıda şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, 1992-ci il fevralın 26-na keçən gecə Sovet ordusunun Xan­­kən­­didə yerləşən 366-ci moto­atıcı alayının dəstəyi ilə erməni faşistlərinin Xocalı şə­hərində törətdikləri kütləvi qırğınlardan, vəhşiliklərdən danışılmışdır.

Dağlıq Qarabağın ən qədim və iri yaşayış məskənlərindən olan, tarixi mənbələrdə azərbaycanlıların yurd yeri kimi təqdim edilən Xocalının ekranda foto və slaydlarla nümayiş etdirilən mənzərələri tədbir iştirakçılarında həmin füsunkar yerlərin düşmən işğalında qalmasına təəssüf hissi oyatmaqla yanaşı, erməni qaniçənlərinə qarşı kin və qəzəbi, qisas hissini daha da artırmışdır.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” sözlərinin səsləndirildiyi tədbirdə ölkə Prezidentinin Dağlıq Qarabağ və işğal olunmuş digər Azərbaycan əra­ziləri ilə bağlı yürütdüyü daxili və xarici siyasət dəstəklənmiş, işğal altında olan torpaq­ları­mızın erməni qəsbkarlarından tezliklə azad edilə­cəyinə əminlik ifadə olunmuşdur.

Tədbirdə «Azərikimya» İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatıMuxtar Babayevçıxış edərək, gəncləri ölkə Prezidenti ətrafında daha sıx birləşməyə, Qarabağ uğrunda mübarizədə daha fəal olmağa, ideoloji təbliğat işini daha effektiv şəkildə qurmağa, müxtəlif ölkələrin gənclərini də xalqımızın haqq işində bizimlə birgə olmağa cəlb edilməsinə çağırmışdır.

Birliyin Etilen-poli­etilen, “Üzvi sintez” və Mexaniki-təmir za­vodla­rın­da, həm­­çi­nin «Kimyalayihə» İnsti­­tutun­da, Təmir-tikinti İdarəsi və Anbar Təsərrü­fatında da Xocalı faciəsi ilə bağlı silsilə tədbirlər keçirilmişdir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın