Menu
Geri İrəli

XOŞ XƏBƏR: Sumqayıtlı idmançının itirdiyi medal tapıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Aprel 2015 • Baxış sayı: 843 dəfə • Şərh yoxdur
Share Button

20150425_200307

sumqayitxeber.com xəbər portalında 23 aprel tarixində idmançımızın Avropa çempionatında qazandığı gümüş medalı Sumqayıt şəhərində itirməsi ilə bağlı xəbər dərc olunmuşdu.

Aprelin 19-da Serbiyanın Novi Sad şəhərində gənclər və yeniyetmələr arasında keçirilən sambo üzrə Avropa çempionatında 56 kq çəkidə gümüş medal qazanan Namiq Abbaslı sumqayitxeber.com-a açıqlamasında bildirmişdi ki, medalı Sumqayıt şəhərində 7 nömrəli marşurutda itirib.

Qısa müddət ərzində bu xəbərin yayılması medalın tapılması ilə nəticələnib.  Belə ki, medalı tapan Rafiq adlı şəhər sakini “sumqayitxeber.com” xəbər portalının təsisçisi və baş redaktoru Eyvaz Qocayevin iştirakı ilə itmiş medalı sahibinə təqdim edib. Medalı tapan şəxsin övladı gümüş medalı idmançımızın boynuna taxıb.
20150425_200200 20150425_200212
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın