Menu
Geri İrəli

“Xruşşovka”da yaşayanlara xoş xəbər – Video

Müəllif: sumqayitxeber.com • Tarix: 9 İyun 2015 • Baxış sayı: 981 dəfə • Şərh yoxdur
Share Button

Yaxın illərdə Bakının görünüşündə yeni dəyişikliklər ola bilər.
Adət etdiyimiz bəzi köhnə 5 mərtəbəli binalar sökülə bilər. Yeni tikiləcək binalarda sakinlərə əvvəl yaşadıqları ərazidən 20 kvadratmetr artıq belə mənzillərin verilməsi planlaşdırılır.

Bildiyimiz kimi 5 mərtəbəli binalar sovet dövründə tikilib və insanların yaşayışı üçün istifadəyə verilib. Lakin ölkəmiz müstəqillik qazanandan sonra bir-birindən gözəl binalar tikilib və istifadəyə verilmişdir. Son illərdə isə “xruşşovka” kimi tanınan binaların sökülməsi planlaşdırılır.

Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov isə yaxın illərdə söküntü işlərinə start veriləcəyini bildirir.Onun sözlərinə görə bu binaların yerində 9 – 12 mərtəbəli hündür binalar tikiləcək. Sakinlərin razılıqları əsasında onlar köhnə binaların yerində tikiləcək yeni evlərlə təmin olunacaq.Yeni tikiləcək binalarda isə sakinlərə əvvəl yaşadığı kvadratdan 20 kvadrat artıq mənzillərin verilməsi planlaşdırılır.

Hacıbala Abutalıbovun sözlərinə görə, tək “xruşşovka” adlanan 5 mərtəbəli binalar deyil köhnə beton binaların da sökülməsi nəzərdə tutulub.

Sözügedən binaların sakinləri isə bu xəbəri birmənalı qarşılımayıblar. Onların bəziləri bu xəbəri yaxşı qarşıladı bəziləri isə köhnə mənzillərinin yerində yeni hündürmərtəbəli binanın tikilməsinə narazılıq etdi.

Bakı meri onu da qeyd etdi ki binaların bəzilərinin sökülməsi ilə bağlı bir neçə şirkətlə 2015 – ci ilin sonlarında danışıqların aparılması planlaşdırılır.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın