Menu
Geri İrəli

Yağış yağacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Oktyabr 2013 • Baxış sayı: 216 dəfə • Şərh yoxdur

Oktyabrın 19-u axşamdan başlayaraq ölkə ərazisində hava şəraiti yenidən dəyişəcək, hava yağıntılı olacaq. 

hava

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, oktyabrın 19-u günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq, ölkə ərazisində hava yağıntılı olacaq, temperaturda enmə müşahidə ediləcək.

Oktyabrın 19-da gündüz Bakıda və Abşeron yarımadasında hava isti olsa da, günün ikinci yarısında çənub-qərb küləyi şimal qərb küləyinə keçəcək, küləyin sürəti axşam arabir güclənəcək. Oktyabrın 19-da gündüz Bakıda havanın temperaturu 24-29 dərəcə isti olacaqsa, axşama doğru temperatur artıq 19-21 dərəcəyə enəcək.

Bakıda və Abşeron yarımadasında oktyabrın 18-də havanın dəyişkən buludlu, əsasən, yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Cənub küləyi əsəcək, arabir güclənəcək. Bakı və Abşeron yarımadasında havanın temperaturunun gecə 14-17, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında oktyabrın 18-də əsasən yağmursuz, lakin gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir Cənub-qərb küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək. Aran rayonlarında havanın temperaturunun gecə 12-17, gündüz 22-27 dərəcə, dağlarda gecə 3-8, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın