Menu
Geri İrəli

Yanğından zərər çəkən ailəyə yardım göstərildi

Müəllif: sumqayitxeber.com • Tarix: 1 İyun 2013 • Baxış sayı: 178 dəfə • Şərh yoxdur

Sumqayıt  Şəhəri  17 mkr, ev 63,mənzil 20-də -Nəbiyev Müzəffər  Məmmədrza  oğluna  məxsus  mənzildə  yanğın  hadisəsi  baş vermişdi. Naməlum  səbəbdən  yaranan  yanğın  yanğınsöndürənlərin  vaxtında müdaxiləsi  nəticəsində  söndürülmüş  və  yanğının  evin  digər hissələrinə  keçməsinin  qarşısı alınmışdır. Hadisə  zamanı   ailə  üzvləri evdə olmadığına görə  xəsarət  alan  və yaralanan  da olmayıb. Lakin  buna  baxmayaraq  3 otaqlı  mənzilin 2 otağı  və ev əşyaları  yanaraq, yararsız  hala  düşmüşdü.

Bu  səbəbdən  Azərkimya İB  və  Qızıl  Aypara  Cəmiyyəti  Sumqayıt  şəhər  bölməsi  evi  yanan ailəyə  yardım  əli  uzatdı. Qayğıya, diqqətə  ehtiyacı olan  insanların  o  cümlədən  ən  ağır  bəlalara  düçar  olanların   köməyinə  tələsən Qızıl  Aypara  Cəmiyyəti  bu  dəfə  də  öz missiyasını  yerinə  yetirərək,  ailənin məişət  əşyaları  və  ərzaq  məmulatları  ilə  təmin  olunmasına  köməklik  etdi. Qeyd  edək  ki,  yanğınla  əlaqədar  olaraq  Azərkimya  İB-nın Həmkarlar  təşkilatı  evin  təmiri  ilə  bağlı  işlərdə  yardım  göstərməyi  öz  öhdəsinə  götürüb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın