Menu
Geri İrəli

Yanukoviç maydana hücum etdi – (Canlı Yayım)

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Fevral 2014 • Baxış sayı: 342 dəfə • Şərh yoxdur

Qərb Ukrayna rəsmilərinə qarşı sanksiyalara başladı 

Yerli vaxtla saat 18-də hökumət qüvvələri Maydana güclü hücuma keçib. Maydana aparan bütün yollarda hökumət qüvvələri ilə müxalifətçilər arasında qanlı toqquşmalar başlayıb. Müxalifət qüvvələri hələlik Maydana nəzarəti saxlayır. Maydanın ətrafındakı bütün barrikadaların qarşısında güclü yanğınlar başlayıb. Müxalifətçilər yanğınla hakimiyyət qüvvələrinin əraziyə girişini əngəlləməyə çalışır.

 Maydanda isə müxalifətçilər tribunadan çıxışlarını davam etdirir. Çıxış edənlər heç bir gücün Ukrayna xalqının iradəsini qıra bilməyəcəyini bildirir. Maydanda yaxınlıqdakı küçələrdə gedən atışmaların səsi aydın eşidilir. Baş meydandakı müxalifətin baş qərargahı – Həmkarlar İttifaqının binasında səhər saatlarında başlanan güclü yanğın bitsə də binadan hələ də tüstü yüksəlməkdədir. Tribunaya çıxan Ukraynanın dini liderləri hakimiyyəti xalqa qarşı güc işlətməməyə çağırır. Din xadimləri bildirir ki, yer üzündə ədalət olmaya bilər, ancaq ilahi ədalət heç kimdən yan keçməyəcək.  Kiyev Provoslav Kilsəsinin rəhbərləri dualar oxuyur, Tanrıdan yardım diləyirlər.
Anti-government protesters clash with the police during their storming of the Independence Square in Kiev on February 18, 2014
Unian.net Maydanda təxminən 7 minə yaxın insan olduğu bildirilir.
İndiyə qədər Ukrayna demokratiyasını bəyanatlar səviyyəsində dəstəkləyən Qərb artıq real hərəkətlərə keçib. Fevralın 19-da ABŞ administrasiyası Maydanda dinc vətəndaşlara qarşı zor işlətməkdə əli olan Ukrayna hakimiyyət təmsilçilərinin vizalarını ləğv edib. Bu haqda jurnalistlərə açıqlama verən ABŞ-ın Ukrayna böyükelçisi Cefri Payettin sözlərinə görə, Vaşinqton artıq rəsmi Kiyevlə bağlı qətiyyətli addımlar atmağa başlayıb: “Biz öz mövqeyimizi açıq şəkildə bildirdik. Bütün hakimiyyətlər vətəndaşların dinc etiraz hüququnu tanımalıdır. Biz ümid edirik ki, prezident Viktor Yanukoviç öz məsuliyyətini anlayaraq öz xalqına qarşı güc işlətməyi dayandıracaq”.
Bu gün Fransa da Ukrayna rəsmilərə qarşı sanksiyalar başladığını elan edib. Fransa prezidenti Fransua Oland artıq Ukraynada xalqa qarşı silah işlətməkdə məsul ola şəxslərin ölkə ərazisinə buraxılmayacağını deyib. Fransua Oland bu qərarı Polşa hökuməti ilə apardığı Ukrayna müzakirələrindən sonra açıqlayıb. F.Olanda Yakraynalı həmkarını dərhal güc strukturlarına xalqa qarşı silah işlətməmək əmri verməyə çağırıb. Avropa Birliyinə müraciətində isə Oland Ukraynadakı böhranlı durumdan çıxış üçün təxirəsalınmaz qətiyyətli addımların vacib olduğun deyib.
Qeyd edək ki, fevralın 20-da Avropa Birliyini Xarici İşlər Nazirləri Şurası toplanaraq Ukrayna ilə bağlı qərarlar verəcək.
Almaniya kansleri Angela Merkel də ölkəsinin də Kiyev rəsmilərinə sanksiyalar tətbiq etməyə hazır olduğunu deyib. Kansler bildirib ki, böhrandan çıxış yollarının müzakirəsi üçün həm müxalifət liderləri, həm də prezident Yanukoviçlə müzakirələr başlaya bilər.
Aygün Muradxanlı, musavat.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın