Menu
Geri İrəli

YAP Sumqayıt şəhər təşkilatı qadınlar şurasının yeni tərkibi müəyyənləşib

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Aprel 2013 • Baxış sayı: 272 dəfə • Şərh yoxdur

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının qadınlar şurasının hesabat-seçki yığıncağı keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbiri YAP şəhər təşkilatının sədri Asif İmaməliyev açaraq qadınların ictimai-siyasi həyatındakı fəal mövqeyindən danışmışdır.

Sonra YAP Sumqayıt şəhər təşkilatı qadınlar şurasının sədri Nazilə Cəlilovanın qurumun ötən dövr ərzindəki fəaliyyətinə dair hesabat məruzəsi dinlənilmişdir. Bildirilmişdir ki, YAP şəhər təşkilatının 21808 üzvündən 12 min nəfəri qadındır. Onlardan 5938 nəfəri gənc qızlardır. Ötən müddət ərzində 4430 qadın partiya sıralarına qəbul edilmişdir. Sumqayıt qadınları ictimai-siyasi hadisələrin fəal iştirakçısı olaraq ölkənin sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasına əvəzsiz töhfələr verirlər.

Çıxışlarda gənc nəslin milli ənənələr ruhunda tərbiyə olunmasında qadınların rolu yüksək qiymətləndirilmişdir. Vurğulanmışdır ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət qadın siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra təşkilati məsələlərə baxılmışdır. YAP Sumqayıt şəhər təşkilatı qadınlar şurasının yeni tərkibi müəyyənləşmişdir.

Nazilə Cəlilova yekdilliklə yenidən şuranın sədri seçilmişdir.

Həmçinin YAP Qadınlar Şurasının konfransına nümayəndələr seçilmişdir.

Konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.


Facebook Şərhləndirmə:

Şərhinizi yazın