Menu
Geri İrəli

YAP Sumqayıt şəhər təşkilatı Ümummilli Lideri andı

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Dekabr 2015 • Baxış sayı: 601 dəfə • Şərh yoxdur
YAP Sumqayıt şəhər təşkilatı Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirib
12299391_1091767617524432_1955483752118846336_nYeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatında Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, çoxşaxəli ictimai-siyasi fəaliyyətindən söz açıb. Bildirilib ki, bütün ömrünü xalqımızın, dövlətimizin inkişafına, tərəqqisinə həsr edən Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın milli maraqlarını daim uca tutub: “Ümummilli Lider Azərbaycan dövlətinin, xalqının mənafeyi və bütövlüyü uğrunda, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün fədakarlıqla çalışıb”.
YAP Sumqayıt şəhər təşkilatının sədri onu da qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gördüyü işlər artıq Azərbaycanı inkişaf yoluna çıxarıb. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir: “Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var. Müstəqil dövlət ideyası Azərbaycanın yeni tarixində məhz Ulu Öndər  Heydər Əliyevin adı, şəxsiyyəti ilə bağlıdır. Ulu Öndərin siyasi arenada rəhbərliyə gəlməsi bütün maneələri dəf edərək müstəqil düşüncəyə yol açdı. Onun həyat və fəaliyyəti tarix üçün bir nümunədir. Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqına böyük zəhməti hesabına ərsəyə gətirdiyi ən böyük əsərini – müstəqil, demokratik Azərbaycanı miras qoyub getdi, dövlətimizi öz şəxsi nüfuzu və əməli fəaliyyəti ilə dünyada tanıtdı”.
Çıxış edən millət vəkili Tahir Mirkişili isə qeyd edib ki, Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi də Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır: “Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanda vətəndaş müharibəsinin qarşısı alınıb, respublikanın parçalanması təhlükəsi aradan qalxıb, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranıb. Elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanılıb, məqsədyönlü siyasət nəticəsində Azərbaycanın iqtisadi inkişafının mahiyyətcə yeni mərhələsinin təməli qoyulub. Həmçinin, başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiya formalaşmağa başlayıb”.
Millət vəkili Muxtar Babayev də tədbirdə çıxış edərək vurğulayıb ki, bütün mənalı həyatını öz xalqına həsr edən Ulu Öndər  Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.
YAP Sumqayıt şəhər təşkilatının gənəclər birliyinin sədri Elvin Məmmədzadə, YAP Sumqayıt şəhər təşkilatının gənclərlə iş üzrə sədr müavini Elmar Xəlilov, YAP Sumqayıt şəhər təşkilatının idarə heyətinin üzvləri Bəhram Paşayev, Əbülfəz Babayev və Nigar Cəfərova, YAP Sumqayıt şəhər təşkilatının gənclər birliyinin sədr müavini Səma Əsədova da öz çıxışlarında Ulu Öndər Heydər Əliyev irsinin davam etdirilməsi istiqamətində davamlı fəaliyyət göstərəcəkləri barədə fikirlərini bildirərək, Azərbaycan gəncliyinin bu yolda dönməz olacağını vurğulayıblar.
Rövşən NURƏDDİNOĞLU

Facebook Şərhləndirmə:

Şərhinizi yazın