Menu
Geri İrəli

YAP Sumqayıt şəhər təşkilatında Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Fevral 2016 • Baxış sayı: 496 dəfə • Şərh yoxdur

24 fevral 2016-cı il tarixində YAP Sumqayıt şəhər təşkilatında Xocalı soyqırımı ilə bağlı tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə YAP Sumqayıt şəhər təşkilatının sədri cənab Asif Imameliyev açmış və Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Asif Imameliyev öz çıxışında 24 il əvvəl Azərbaycanın əzəli, qədim yaşayış məskəni olan Xocalının erməni qəsbkarları və onların havadarı olan keçmiş SSRİ-nin Xankəndində yerləşdirilmiş 366-cı motoalayın bilavasitə iştirakı ilə yerlə yeksan edilməsi, onun yer üzündən silinməsi, çoxsaylı dinc əhaliyə qarşı törədilmiş terror aktının analoqu olmadığını, qadınlara, uşaqlara, qocalara qarşı insanlığa sığmayan vəhşiliklərin törədilməsi barədə ətraflı məlumat vermişdir.
Tədbirdə YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin sədri Elvin Memmedzade, təşkilatın Qadınlar Şurasının sədri Nazilə Cəlilova, Sumqayıt Dövlət Universitetinin müəllimi Əvəz Mahmudov, Sumqayıt Bələdiyyəsinin üzvü Gunel Qiyasova, faciənin canlı şahidi olan Xocalı sakini Aydın Əliyev 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə ermənilərin Xocalı şəhərinin dinc, əliyalın sakinlərinə qarşı törətdikləri soyqırımın, dünyada analoqu olmayan faciənin törədilməsini faktlarla qeyd etmiş və pisləmişlər.
Ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörənliklə həyata keçirdiyi siyasətin nəticəsi kimi dünya ictimaiyyəti ermənilərin etnik təmizləmə siyasətini pisləyir, insanlığa yaraşmayan terror və vandalizm hərəkətləri, xüsusilə Xocalı faciəsini törədənlərin tezliklə ədalət məhkəməsi qarşısında öz layiqli cəzalarını alacaqları günün uzaqda olmadığı çıxışlarda vurğulanmış, işğal olunan torpaqlarımızın azad olunacağı və qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdacaqlarını əminliklə bildirmişlər.
Sonda Vahid Mustafayevin Xocalıya həsr olunmuş “Xoca” filmi nümayiş etdirilmişdir.

12744381_1136458856388641_7132520347644413968_n 10006622_1136457803055413_2776458443088614424_n 12670398_1136439879723872_3328486160013387452_n 12718247_1136437506390776_7891207537511463162_n 12742141_1136458596388667_501727700283365941_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın