Menu
Geri İrəli

YAP Sumqayıt şəhər təşkilatının gənc üzvləri bir araya gəldi

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Dekabr 2013 • Baxış sayı: 659 dəfə • Şərh yoxdur

yap-sumqayit17 dekabr 2013-cü il tarixində Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının Qərargahında Ümummili lider Heydər Əliyevin anım günü qeyd olunub. Tədbiri giriş sözü ilə açan Sumqayıt YAP şəhər təşkilatının gənclərlə iş üzrə sədr müavini Elmar Xəlilov tədbir iştirakçılarından ümummilli liderimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş etdi. Bundan sonra Elmar Xəlilov ulu öndərin həyat yoluna tarixi nəzər salmışdır. O bildirdi ki, Heydər Əliyev qüdrətli dövlət qurmaqla və onun sürətli sosial-iqtisadi inkişafının möhkəm əsaslarını formalaşdırmaqla bərabər, həm də Azərbaycan dövlətinin xarici siyasətinin, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələrinin milli maraqlara, uzaqgörən siyasi perspektivlərə əsaslanan xətt üzrə inkişafını təmin edib. Bugün onun ideyalarının məntiqi davamı olaraq dövlətimiz doğru, balanslaşdırılmış xarici siyasət strategiyası həyata keçirir. Ölkəmizin vətəndaşları rahat, firavan həyat tərzi sürür. Biz müstəqil Azərbaycanin vətəndaşlarıyıq və bununla fəxr etməliyik. Tədbir iştirakçıları Ümummilli liderə həsr olunmuş qısa filmi izlədikdən sonra mövzu ətrafında çıxışlar başlanılmışdır.

Sumqayıt Regional Elektrik Şəbəkəsi üzrə YAP gənclər birliyinin sədri Elvin Məmmədzadə ulu öndərin Azərbaycan gəncliyi üçün gördüyü işlərdən, təməlini qoyduğu strategiyadan danışıb. Məhz həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə, malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Sumqayıt şəhər ümumi təhsil sahəsi üzrə YAP gənclər birliyinin sədri Lalə Tanrıverdiyeva isə Heydər Əliyevin 30 ildən artıq davam edən ictimai siyasi fəaliyyətində elmə təhsilə göstərilən qayğının daim mühüm yer tutduğunu vurğuladı. Heç də təsadüfi deyil ki, 20-ci əsrin son 30 ilində Azərbaycan intibahını şərtləndirən amillər sırasında elmin və təhsilin yüksəlişi xüsusilə diqqəti cəlb etmişdir. Heydə Əliyev çıxışlarının birində qeyd etmişdi ki 20-ci əsrdə Azərbaycan xalqının ən böyük nəaliyyətlərindən biri ölkəmizdə elmin təhsilin sürətlə inkişaf etməsidir.

Tədbirdə iştirak edən qonaqlardan Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov qeyd etmişdir ki, Ümummilli lider Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Onun potenisal güc mənbəyi kimi elmi-fiziki güclərinə üstünlük verdiyi, ictimai və sosial həyatın, cəmiyyət quruculuğunun bütün sferalarında təmsil olunmalarına geniş imkanlar yaratdığı qüvvə həmişə gənclər olub. Bugün də həmin baxış onun layiqli davamçısı cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin rəhbəri Aygün Zülfüqarlı isə qeyd etdi ki, Azərbaycan gənclər ölkəsidir. Gənclərə diqqət və qayğı ulu öndər Heydər Əliyevin Azərbaycana hakimiyyətinin hər iki dövründə həyata keçirilən siyasətin önündə dayanıb. Dahi şəxsiyyət bildirirdi ki, cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaq. Gənclərdən Sumqayıt şəhər YAP gənclər birliyi idarə heyətinin üzvü Elvin Dadaşov Ümummilli Liderin ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab etməsindən danışdı. O qeyd etmişdir ki, Heydər Əliyevin potenisal güc mənbəyi kimi elmi-fiziki güclərinə üstünlük verdiyi, ictimai və sosial həyatın, cəmiyyət quruculuğunun bütün sferalarında təmsil olunmalarına geniş imkanlar yaratdığı qüvvə həmişə gənclər olub. Yekun olaraq Elmar Xəlilov, hər bir dövlət öz mövcudluğuna görə tarix ərzində onun möhkəm təməlini qoymuş bir liderə borclu olduğunu qeyd etdi. Müstəqil Azərbaycan Respublikası isə ulu öndər Heydər Əliyevin şah əsəridir. Bu gün ulu öndərin vəfatından 10 il ötür. Lakin yüz il, min il keçsə belə bu dahi şəxsiyyətin şah əsəri olan Azərbaycanda O, anılacaq, xatırlanacaq, ruhuna dualar oxunacaq və həmişə seviləcək.

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının mətbuat xidməti

Facebook Şərhləndirmə:

Şərhinizi yazın