Menu
Geri İrəli

YAP Sumqayıt təşkilatında Xocalı qurbanlarının xatirəsini yad etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Fevral 2013 • Baxış sayı: 248 dəfə • Şərh yoxdur
Share Button

Yeni Azərbaycan Partiyasının Sumqayıt təşkilatı Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbir keçirmişdir. AzərTAc xəbər verir ki, tədbirin iştirakçıları Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Yığıncağı açan şəhər partiya təşkilatının sədri Asif İmaməliyev Xocalı qırğınının Azərbaycanın yeni tarixində ən böyük faciə olduğunu xatırlatmışdır. 1992-ci il fevralın 25-26-da Dağlıq Qarabağın Xocalı şəhərində ermənilərin törətdikləri soyqırımı aktı ölkənin tarixinə həmişəlik qanlı hərflərlə yazılmışdır. O soyuq qış gecəsində erməni silahlı dəstələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının Xankəndində yerləşdirilmiş ağır texnikasının və şəxsi heyətinin köməyi ilə azərbaycanlıların yaşadığı dinc şəhərə qəflətən hücum edərək onun əhalisinə amansızcasına divan tutmuşlar.
A.İmaməliyev faktlara istinad edərək ermənilərin qədim Azərbaycan torpaqlarına fasiləsiz hücumları tarixinə nəzər salmış, uydurma “böyük Ermənistan” yaratmaq ideyasının həyata keçirilməsi uğrunda mübarizədə onların törətdikləri vəhşiliklərdən danışmışdır. O, həmçinin qeyd etmişdir ki, Xocalıda əhaliyə qanlı divan tutulması nəticəsində 613 nəfər öldürülmüş, dinc əhalidən 487 nəfər aldığı güllə yaraları nəticəsində əlil qalmışdır. Bir gecənin içində məhv edilmiş insanlar arasında 106 qadın, 63 uşaq, 70 qoca vardır. Səkkiz ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Faciə törədilən gecə dinc əhali arasında 1275 adam girov götürülmüşdür, onlardan 150 nəfərinin taleyi barədə hələ də heç bir məlumat yoxdur.
O, ölkə ictimaiyyətinin böyük iş apardığını qeyd edərək Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi vurğulamışdır. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı haqqında həqiqətin dünya ictimaiyyətinə çatdırılması sahəsində böyük iş aparılmışdır. Yığıncaqda çıxış edən partiya fəalları qeyd etmişlər ki, hər cür ayrı-seçkilik – irqi, dini, milli ayrı-seçkilik Azərbaycan xalqını narahat edir. Bakıda qanlı 20 Yanvar və Xocalıda 26 fevral faciələri xalqın yaddaşında və tarixində dərin iz buraxmışdır. Çıxış edənlər əmin olduqlarını bildirmişlər ki, Ağ evin rəsmi saytında Xocalı soyqırımını tanımağa çağıran petisiyaya imza toplanmasının nəticələri üzrə bu amansızlığa düzgün qiymət veriləcəkdir. Əkrəm Əylislinin “Daş yuxular” kitabının pozucu rolundan xüsusi həyəcan və ürək ağrısı ilə danışılmışdır. Tarixi gerçəkliyin təhrif edilməsi, Azərbaycan xalqının mental xüsusiyyətlərinin saxtalaşdırılması faktlarından hiddətlənmiş partiya fəalları şəhərin yazıçı və publisistlərinə müraciət edərək onları “Daş yaddaş” kitabı yazmağa çağırmışlar. Ətrabə Rzayeva, AzərTac

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın