Menu
Geri İrəli

Yaponiyalı professor: “Sumqayıtın unikal sosial-iqtisadi mühiti məndə yüksək təəssürat yaratdı”

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Mart 2016 • Baxış sayı: 211 dəfə • Şərh yoxdur

1458128061_7aa5fc4e14f46d6a8e9c386cbb86d656Yaponiyanın Doşişa Universitetindən bir qrup professor və tələbə heyəti “ADA” Universitetinin dəvəti ilə Azərbaycana səfər edib. Səfər çərçivəsində Yaponiya və Türkiyədən olan professorlar, Nepal, Tayland, İran, Livan, İspaniya, Yaponiyadan olan tədqiqatçı tələbələrdən ibarət heyət Sumqayıt şəhərində olub, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovla görüşüb.

Görüş zamanı Zakir Fərəcov Sumqayıt şəhərinin  tarixi barədə  qonaqlara məlumat verib, şəhərin inkişafından, son vaxtlar görülən işlərdən, yeni tikilən müəssisələrdən danışıb, şəhərdə tikilən yeni layihələrin rəsmlərini qonaqlara nümayiş edib. Qrupun rəhbəri professor Hisae Nakanişi 2015-ci ilin mart ayında oxşar missiya ilə Sumqayıta səfər etdiyini, şəhərin inkişaf templəri və unikal sosial-iqtisadi mühitindən yüksək təəssürat aldığını vurğulayıb.

Görüşün sonunda Zakir Fərəcov qonaqların suallarını cavablandırıb. Səfərin əsas məqsədi Azərbaycanda gedən sosial-iqtisadi inkişaf, ölkədəki ictimai-siyasi məsələlər, Qarabağ münaqişəsi, qaçqın və məcburi köçkünlər problemi və digər mövzularda nəzəri və praktiki biliklər əldə etmək, bu bilikləri beynəlxalq akademik çevrələrə təqdim etmək olub.  xeberle.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın