Menu
Geri İrəli

Yaroslav Semyonov: “İndiki Sumqayıt çox abadlaşıb, gözəlləşib”

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Mart 2017 • Baxış sayı: 939 dəfə • Şərh yoxdur
Share Button

17275036_1474153562625874_1866402515_n - копия
Sumqayıt haqda 30-dan çox mahnı bəstələyən bəstəkar – müğənni Yaroslav Semyonov : ”Sumqayıtlılar qarşısında konsert vermək arzumdur”

 Həvəskar bəstəkar -müğənni Yaroslav Semyonov.  Onu xüsusi təqdim etməyə ehtiyac yoxdur, çünki  internetdə Sumqayıtla,Azərbaycanla bağlı  onun adına çox rast gəlmək olur. Rusiyanın Kareliya Respublikasının Kostomukşa şəhərinin  62  yaşlı sakini Yaroslav Semyonov Azərbaycanda,Sumqayıtda  doğulub və 22 yaşınacan Gənclik şəhərində yaşayıb. Azərbaycanı, adət-ənənələrimizi və musiqimizi çox sevən Y.Semyonov Sumqayıta rekord sayda -30-dan çox mahnı bəstələyib. Rusiyada yaşasa da özünü “34-cü kvartal uşağı”  sayır .O, Polad Bülbüloğlunun sənətinin və ifasının vurğunu olduğunu da bildirir. “Xüsusilə də “Gəl, ey səhər” mahnısını çox sevirəm. Azərbaycanı, vətənimi çox sevirəm. Soruşan olanda deyirəm ki, milliyyətcə azərbaycanlıyam”, – Yaroslav deyib. Anası rus,atası isə azərbaycanlıdır. Təqaüdçü olsa da aktiv həyat tərzi keçirir, bir neçə xarici ölkələrə səyahət edib.

Kareliya bölgəsində, Finlandiya ilə sərhəddəki məkanda vətənimizi təbliğ edən Yaroslav Semyonovun dediyinə görə, Azərbaycanı özünə ana vətən sayır. Maraqlıdır ki, 30 ildən çoxdur ki,vətənində olmayan Yaroslav Semyonov Azərbaycana “Odnoklassniki” sosial şəbəkəsində dostluğunda olan Sumqayıt sakini Ələkbər Zeynalovun dəvəti ilə gəlib və sonradan mütəmadi olaraq imkan düşdükcə  gəlir.

 Sumqayıtı ikinci bu qədər sevən,onu vəsf edən adam  tapmaq çox çətindir. O əvvəllər Sumqayıtda SK(indiki Sumqayıt Dövlət Musiqili Dram Teatrı)klubunda musiqi kollektivində çıxış edib.Məhz Sumqayıta olan sevgisindəndir ki,onun “Odnoklassniki” dəki səhifəsi köhnə və təzə Sumqayıtın əks olunduğu fotolarla doludur.

SUMQAYİTXEBER.COM-un bugünkü müsahibi Yaroslav Semyonovdur.

-Yaroslav neçə mahnı bəstələmisiz Sumqayıt haqda və bu nədən qaynaqlanır?

- Əvvəl sayırdım, indi artıq 30-u keçib  və artıq hesablamıram,daha doğrusu hesabı itirmişəm. Şəhər haqda mənə yazmaq asandır,ona görə ki, mən bu şəhərlə nəfəs alıram, baxmayaraq ki, min kilometrlərlə uzada yaşayıram. Mən doğulduğum və boya-başa çatdığım  Sumqayıta böyük sevgidən mahnılar yazmağa başladım ki, şəhərimizi tanısınlar. Düzdür mahnılarımın çoxu   Sumqayıta həsr olunub, amma Gəncə, Mingəçevir, Bakı, ümumiyyətlə Azərbaycan haqqında da mahnılar bəstələmişəm, özüm də ifa etmişəm və bütün bu  mahnılar ürəkdən gəlir.

– Çıxışlarınıza görə pul alırsınız , bu işinizə görə gəlir götürürsünüz?

– Yox, əksinə çox vaxt elə olur ki, özüm  cibimdən xərc çəkirəm. Mən düşünürəm ki, Azərbaycan torpağı mənə düzgün tərbiyə verib və mən də indi borcumu yerinə yetirib Sumqayıt, ümumiyyətlə Azərbaycan haqqında  yazıram, vətənimi təbliğ edirəm. Yaradıçılıqla məşğul olsam da və mahnılara xeyli vaxt, enerji sərf etsəm də,  gördüyüm  bu işdə  heç bir təmənna güdmürəm.

– Bildiyimizə görə siz Rusiyada da müxtəlif tədbirlərdə çıxış edirsiniz.

17274204_1474151432626087_719623822_n

– Məni dəfələrlə Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporaları Novruz bayramı, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi  Azərbaycanla bağlı əlamətdar bayram  günü ilə bağlı tədbirlərə dəvət ediblər və mən məmnuyyətlə o tədbirlərdə çıxış edirəm. Tez-tez Rusiyanın Moskva ,Sankt-Peterburq şəhərlərində fəaliyyət göstərən Azərbaycan diasporalarının, Moskva vilayəti Azərbaycanlılarının Regional milli-mədəni muxtariyyəti təşkilatının təşkil etdiyi tədbirlərdə iştirak edirəm. Eləcə də əlillər,yaşlı insanlar ,uşaqalar üçün təşkil olunan tədbirlərdə ,xeyriyyə konsertlərində iştirak edib  təmənnasız oxumuşam. Hətta bu işimə görə məni qramotalar,mükafatlar, təşəkkürnamələr, diplomlarla  təltif olunmuşam.

- Son zamanlar xeyli sayda videoroliklər çəkib  sosial şəbəkələrdə yerləşdirmisən,hansılar ki,bir çox saytlarda dərc olunur. Necə qarşlanır onlar sosial şəbəkələrdə, youtube-da?

  17274354_1474153305959233_1700520358_n

-Əlbəttə çəkdiyim  100-dən çox klip  yüksək səviyyədə olmasa da tamaşaçıların xoşuna gəlir,minlərlə  baxış sayı toplayır, onlara çoxsaylı xoş şərhlər yazılır.Çoxlarına maraqlı gəlir ki, “bu rus” necə azərbaycanca mahnı oxuyur.

Azərbaycan mətbuatındada mənim haqda çox yazıblar. Bakı-Sumqayıt elektrik qatar haqda çəkdiyim videosüjet inanılmaz dərəcədə bəyənildi.

  Hər dəfə Sumqayıta gələndə əvvəllər Sumqayıtda yaşayan insanlar  məndən xahiş edirlər  bir vaxtlar yaşadıqları binaları, hətta balkonları çəkim yerləşdirim. Bu xaricdə yaşayan insanlara çox maraqlıdır. Mən də təmənnasız bunları edirəm.çox  sevinirəm ki, kimlərəsə bu xoş gətirələri yada salır.

Ümumiyyətlə mahnılarımın, kliplərimin  bir çoxu xoş xatirələrimlə bağlıdır. Məsələn, Sumqayıt tramvayı haqda mahnım var .Mən Sumqayıt tramvayı ilə  bağçaya, sonra məktəbə, sonra  isə işə getmişəm.Onunla mənim həyatımın bir çox anları bağlı olduğundan mən onun  haqda mahnı yazdım.Düzdür indi Sumqayıtda tramvay da, trolleybus da yoxdur,SSRİ dağılandan sonra Sumqayıtda da, Bakıda da onlar sıradan çıxdı, amma onlar şəhəri xüsusi gözəllik ,bəzək verir,həm də ekoloji cəhətdən təmiz nəqliyyat növüdürlər. Ümid edirəm onlar nə vaxtsa şəhərimizdə yenidən bərpa olunacaq.

Dirgə mahnı Nizami küçəsi haqdadır ki, elə indi də adı dəyişməyib.Mən bu küçədə böyümüşəm. Düzdür iki yerdə yaşamışam 34-cü məhəllədə,bir də Birləşmiş Məhəllədə(“Obyedinyonnı”). Amma bu məhəllələri Nizami küçəsi birləşdirir ki,ona mahnı həsr etmişəm.

Qəribədir ki, bir çox yerlər əvvəlki kimi Rossiya kinoteatrı, Sputnik , Dejurnıy,”Vaqif” kinotetrı , Əyri Ev,Yaşıl Aptek ,Pasyolka , Köhnə Avtovağzal sovet dövründəki kimi  adlanır, halbuki onların çoxu artıq yoxdur və ya  indi başqa cürə adlanır . Bunu ancaq köhnə sumqayıtlılar bilir.

Mən hərdəfə Sumqayıta gələndə yeni enerji ilə Rusiyaya qayıdıram.Düz deyirlər ki,vətən qüvvə verir və hər gəlişim yeni mahnılar yazmağa ilhamlandırır.Mən nəinki təkcə Sumqayıtı təbii ki, sumqayıtlıları sevirəm.Sumqyıtlılarsız Sumqayıtı sevmək mümkün deyil.

-Sumqayıtı bu qədər coşqu və yorulmadan təbliğ edirsiniz , bəs yerli icra hakimiyyəti tərəfindən sizə hansısa rəsmi tədbirə dəvət gəlibmi?

17270597_1474151445959419_248570739_n

-Məni Mingəçevirin kanalı,Bakıda bir neçə kanalda,ö cümlədən iki dəfə AzTV-nin “Mədəniyyət” kanalında Güllü Yoloğlunun təqdimatında  efirə gedən “Keçmişdən gələcəyə” verilişinin də qonağı olmuşam. Bundan başqa doğma şəhərində   Nəsimi adına Mədəniyyət və İstirahət Parkının “Yaşıl teatr”ında sumqayıtlılar qarşısında  azərbaycan dilində mahnılar oxumuşam.  Bir dəfə hətta “Nəsimi”  parkında,kiçik bir aparatımla parkdakı insanlar üçünoxumuşam.

“Rusiya Azərbaycan məktəblilərinin gözü ilə” adlı intellektual müsabiqəsi çərçivəsində müsabiqənin təşkilatçısı ,Moskva vilayəti Azərbaycanlılarının Regional milli-mədəni muxtariyyəti təşkilatının sədri,  Qalib Ağayevin dəvəti ilə  Mingəçevirdəki 3 saylı orta məktəbdə, “Xəzər” universitetində və “Atatürk” liseyində də çıxış etmişəm.Sumqayıtda da bir neçə dəfə qeyri-rəsmi tədbirlərdə , restoranlarda oxumuşam. Hətta toya da dəvət ediblər oxumuşam.

Mən bir neçə dəfə cəhd etmişəm , sumqayıtlılar üçün  geniş konsert verim. Amma  bütün cəhdlərim boşa çıxıb, reaksiya olmayıb deyə bu istəyimdən açığı vaz keçmişəm. Mənə elə gəlir əslində buna imkan yaratmaq elə də çətin şey deyil.

 -Təqaüdlə dolanan insan üçün Azərbaycana gəlmək çətin deyil ki?

-Mən pensiyaçıyam,bəstəkarlıqla,müğənniliklə pul qazanmıram. Hər dəfə yolpulu yığıram sevimli şəhərimə gəlmək üçün .Tez-tez gələ bilsəm Azərbaycanı daha çox təbliğ edərəm. Bir dəfə məni “Mədəniyyət” kanalına dəvət edəndə mən sosial şəbəkədə yazdım ki, pulum yoxdur. Krasnoyarskdan bir nəfər azərbaycanlı iş adamı  soruşdu ki,nə qədər yol pulu lazımdır və səhəri göndərdi tanımaya-tanımaya . Bir dəfə də Hollandiyada yaşayan həmvətənimiz yolpulumu verib.Azərbaycan mədəniyyətinəlaqeyd qalmayan belə vətənpərvər azərbaycanlılar var qürbətdə.

Bundan başqa öz sumqayıtlılarım  da kömək edib. Ümumiyyətlə mənim Sumqayıtda çoxlu dostlarım var və onlar olmasa mən Sumqayıt məni bəlkə də o qədər cəlb etməz.

-Sumqayıt elə də böyük şəhər deyil,görməli yerləri də çox deyil,yaşı da azdır,amma siz şəhərə rekord sayda mahnı bəstələmisiniz.Bunun səbəbi nədir?

-İnsana bir yer əziz olanda ,orda onu gözləyən insanlar mövcud olanda həmin yer insanı özünə çəkir,adamın gözünə böyük,qəşəng görsənir. Özü də keçmiş Sumqayıt mənə nə qədər əziz olsa da indiki  Sumqayıt çox abadlaşıb, gözəlləşib.

17327890_1474152959292601_941636505_n

-Sumqayıtı bu qədər vəsf edirsiniz,bəs Sumqayıtda yaşamaq istərdiniz?

- İstərdim,amma artıq yaşım o yaş deyil.Mənim ailəm-uşaqlarım,nəvələrim  də Rusiyadadır. Həyat tərzi də fərqlidir.Ona görə də çətin ki…Mən yalnız qonaq qismində gələ bilərəm.

 -Necə oldu ki,mahnı bəstələməyə başladınız?

-10 il əvvəl mən təsəvvür edə bilməzdim ki,mən nə vaxtsa  mahnı bəstələyəcəm. Düzdür  mən əvvəllər Sumqayıtda SK(indiki Sumqayıt Dövlət Musiqili Dram teatrı)klubunda musiqi kollektivində çıxış edirdim. Əvvəllər gitarada çalırdım ,sonralar sintezator aldım ,başladım musiqini  notlarla öyrənməyə və özüm ifa edə-edə mahnılar bəstələməyə başladım .

Təqaüdə çıxandan sonra isə bütün vaxtımı yaradıçılığa həsr etməyə başladım. Mənə Moskvadan ,Mingəçevirdən,Bakıdan ,Sumqayıtdan bir çox çox azərbaycanlı şairlər,eləcə də rus müəlliflər şeirlər göndərirlər ki,  mən də onlara mahnı bəstələmişəm. Sumqayıtlı şair İbrahim İlyaslının şerinə bəstələdiyim  Sumqayıt haqda  mahnı çoxlarının  xoşuna gəlib, dinləyicilər deyir ki,çox  uğurlu alınıb.Ümumiyyətlə hər mahnının öz dinləyicisi var.

-Repertuarınız əsasən necədir?

- Keçmiş,retro  mahnıları təzə üslubda oxuyuram,əsasən Polad Bülbüloğlunun  manılarını,məşhur “Qaya” qrupunun , o cümlədən öz mahnıalrımı. Mənim rus dilində  ifadə etdiyim mahnılarım da kifayət qədərdir. Yaşadığım 30 minlik şəhərdə bütün mədəni təbirlərdə iştirak edirəm. Orada bizim öz musiqi kollektivimiz var.

-Övladlarınız necə, musiqi ilə məşğul olur?

-Hə, onlarda öz işlərindən əlavə musiqi kollektivində çıxış edirlər,elə biz ailəvi-mən ,oğullarım,nəvələrim də tez-tez hansısa konsertlərdə çıxış edirik.

17238679_1474151415959422_1132400767_n

-Sumqayıtda kifayət qədər populyarsınız.Küçədə gəzəndə tanıyırlar sizi?

-Axırıncı gəlişimdə tanınmağımı daha çox hiss şahidi oldum . Sumqayıtlıar çox mehribandırlar. O qədər olub ki,küçədə saxlayıb mənimlə görüşüblər,xoş sözlər deyiblər. Elə olur ki,tanımadığım adam məni restorana dəvət edir,evinə qonaq çağırır. Bi dəfə elektrik qatarında gedəndə biri məni tanıdı(özü də iki nəfər idi yanımda) düşəndə mənə metro kartı aldı, balansa da pul yüklədi.Yanındakına da dedi ki,bu Yaroslav Semyonovdur.

22 yaşacan mən heç yerə getməmişəm,mənim kənarda qohumlarım olmayıb. Ailəmi çıxsam,mənim əzizlərim elə Sumqayıtdadır.

-Keçmiş sumqayıtlılar, şəhər sakinləri  sizə daha çox nə yazırlar?

-Əsəsən  “Odnaklassiki”səhifəmdə mənə təşəkkür edirlər,bir çoxu deyir ki,mənə“xalqar dostluğu” ordeni düşür,Sən Sumqayıtı ki,bu qədər tərifləyirsən sənə heykəl düşür.Çox xoş sözlər deyirlər,Sumqayıtı təbliğ etməyimi, töhfəmi  yüksək qiymətləndirlər.

Bir dəfə məndən Rusiyada soruşdular ki,sən niyə özün mahnıarınla pul qazanmırsan.Mən cavab verdim ki,mən qazanc güdmürəm,mən Sumqayıtı vəsf edirəm,Azərbaycan mədəniyyətini Finlandiyada da,Saxalində də təbliğ edirəm.  Mən necə buna görə millətimdən pula ala bilərəm.Mən bunun əvəzində heç nə gözləmirəm. Amma sumqayıtlıların ,həmvətənlilərimin məhəbbətini qazanıram ki, bu mənə bəsdir.

 Sumqayıt ildən-ildən gözəlləşir ,amma mən mahnılarıma klip çəkəndə əsasən köhnə şəkillərdən, köhnə yerlərdən istifadə edib göstərirəm. Hardakı bir çoxlarının uşaqlığı ,cavanlığı keçib.Mərkəzi Poçtun yanında , ”Mehdi”nin  yanında,1-ci məhəllədə hələ keçmişi xatırladan köhnə yerlər qalıb.

 Mən süjetlər çəkməklə Sumqayıtdan köçüb xaricə getmiş sumqayıtlıları da  sevindirirəm. Mən insanları sevindirdiyimə görə sevinirəm .Onlar etiraf edirlər ki, mahnılarımdan  pozitiv enerji ilə yükənirlər. Hətta mənim səhifəmdə bir çoxları öz dostlarını ,tanışlarını tapıblar. Xaricdə  yaşayan sumqayıtlıların elələri var ki, yaşlaşıblar və ya digər səbəblərdən  gələ bilmirlər.Bu kliplər isə onların ürəyini qızdırır.Mənə Almaniydan,İsraildən yazırlar.Hətta Avstraliyada yaşayan keçmiş  sumqayıtlılar yazırlar .Xoşbəxtəm ki, mahnılarım  sevilir və şəhərimiz bütün dünyada tanınır.

Söhbətləşdi : İmran Kərimli

17328030_1474151392626091_173957838_n

17270804_1474153332625897_1755974623_n

17321764_1474151429292754_1316404168_n - копия




 

 

 

 

 

 

 

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın