Menu
Geri İrəli

Yaşmanı su basdı

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Dekabr 2012 • Baxış sayı: 233 dəfə • Şərh yoxdur
Sumqayıt şəhəri Yaşma bağları massivində bir neçə evi və evlərin həyətyanı sahəsini su basıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhəri Yaşma bağları massivində qarın intensiv əriməsi səbəbindən bir neçə fərdi yaşayış evi və həyətyanı sahələr su ilə dolub, insanlar həmin evlərdə köməksiz vəziyyətdə qalıblar.   FHN Sumqayıt Regional Mərkəzinin və Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub, müvafiq qurumlar məlumatlandırılıb. Keçirilmiş xilasetmə əməliyyatları nəticəsində köməksiz qalan 3 sakin xilas edilib.XezerXeber
Facebook Şərhləndirmə:

Şərhinizi yazın