Menu
Geri İrəli

“Yaxşı oğru kolbasa oğurlamaz”

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 25 Dekabr 2014 • Baxış sayı: 634 dəfə • Şərh yoxdur
Share Button

Sumqayıt şəhərinin 10-cu mikrorayonunda polis oğrular qarşısında aciz qalıb. İnsanların çörək qazandığı dükanlar gecə saatlarında soyulur, üstündən illər keçsə də, oğrular tapılmır.
85765

10-cu mikrorayonun 66 saylı binasının qarşısında mağaza işlədən Təvəkkül Kazımov deyir ki, mağazasını artıq üçüncü dəfədir ki, yarırlar. Bundan əvvəl 2012-ci ildə mağazasına oğrular girərək içəridəki malları aparmışdılar. Üstündən iki il keçib, ancaq hələ də oğrular tapılmayıb. Son bir ay ərzində isə iki dəfə mağazasını soyublar. Dekabrın 15-də oğrular mağazanın dəmir qapısını qıraraq içəri giriblər, nə dəyərli əşya var idisə, aparıblar. Dekabrın 22-də isə hadisə yenidən təkrarlanıb. Polisə etdiyi şikayətlər heç bir fayda vermir. Sahə müvəkkili ona gecə gözətçisi işə götürməyi tövsiyə edir.

T.Kazımov isə deyir ki, o mağaza işlədərək dövlətə vergi ödəyir. Onun ödədiyi vergilərin hesabına da polis əmək haqqı alır. Məhəllədə asayişi təmin etmək polisin borcudur.

“Qafqazinfo” xəbər verir ki, mağazanın yerləşdiyi ərazi üzrə sahə müvəkkili Mircəlal Abbasov Milli.Az-a açıqlamasında bildirdi ki, mağazadan oğurluq edən şəxslərin tapılması üçün iş aparılır. Onun sözlərinə görə, qısa müddətə oğru tapılaraq cəzalandırılacaq: “Sumqayıtda son 3 gün ərzində bir neçə belə oğurluqlar edilib. Mağazalardan oğurluq edilib. Həmin oğurluğu edən şəxs böyük ehtimalla narkomandır. Çünki yaxşı oğru mağazadan kolbasa oğurlamaz. Hər halda güclü oğru deyil. Əməliyyatçılarda lazımi məlumatlar da var. İstintaq sirri olduğundan açıqlaya bilmərəm. Amma heç bir polis cinayətin bağlı qalmasını istəməz”.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın