Menu
Geri İrəli

“Yaz havası” həftə sonu da davam edəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Fevral 2013 • Baxış sayı: 143 dəfə • Şərh yoxdur

Fevralın 9-10-da ölkə ərazisində hava şəraitinin sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə müdiri Gülşad Məmmədovanın Yanvarın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir çiskinli az yağış yağacağı, səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 2-6, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Fevralın 10-da havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu 2-6, 7-12 dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən, yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 3-8, yüksək dağlıq ərazilərdə 10 dərəcə isti olacağı gözlənilir.

Fevralın 10-da hava şəraitində mühüm dəyişiklik olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman olacağı, qərb küləyi əsəcəyi proqnozlaşdırılır. Havanın temperaturu gecə 0-5, gündüz 12-16 dərəcə isti olacağı gözlənilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın