Menu
Geri İrəli

Yazıçı-dramaturq Kamran Nəzirlinin “Narkoman” pyesi səhnədə

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Noyabr 2014 • Baxış sayı: 517 dəfə • Şərh yoxdur

sumqayit_dram_teatriSumqayıt Dövlət Musiqili Dram Teatrında tanınmış yazıçı-dramaturq Kamran Nəzirlinin “Narkoman” pyesinin premyerası keçirilib.
AzərTAc xəbər verir ki, böyük tamaşaçı marağına səbəb olan səhnə əsərinin quruluşçu rejissoru Xalq Artisti Kamran Quliyev, quruluşçu rəssamı Naxçıvan MR-in Əməkdar Artisti Əbülfəz Axundov, musiqi tərtibatçısı, Əməkdar Mədəniyyət İşçisi İmamverdi Əhmədovdur.
Anşlaqla keçən tamaşada əsas rolları Əməkdar Artist Növrəstə Həşimova, aktyorlardan Cəlal Məmmədov, Şəhla Məmmədova, İradə Zeynalova, Sevda Hüseynova, İlqar Hüseynov və başqaları ifa ediblər.
Teatrın direktoru İslam Həsənov bildirib ki, bizim günlərdə bəşəriyyətin ən qorxulu bəlasına, maddi-mənəvi sərhədləri aşaraq günümüzün ən ciddi problemlərindən birinə çevrilmiş narkotik vasitələr insanda həm psixoloji, həm də fiziki asılılıq yaradır. Buna görə də “ağ ölüm” adlandırılan zərərli və yoluxucu bəlaya qarşı birgə mübarizə aparmalıyıq. Yazıçı Kamran Nəzirlinin “Narkoman” pyesi də məhz bu aktual və ağrılı bir mövzuya həsr olunub. Biz bu pyesi tamaşaya qoyanda əsərin bütün başqa cəhətləri ilə yanaşı bu xüsusiyyətini də nəzərə aldıq. Əsər dünyəvi bəla-narkomaniyanın ailələrə gətirdiyi faciələri göstərir, narkotikaya qətiyyətlə “yox!” deyir. Tamaşanın tərbiyəvi və psixoloji gücü də məhz bundadır.
Əsərin mövzusu və məzmunu bizim bugünkü müasir həyatımızda baş verən hadisələrdən götürülüb. Burada qəhrəmanlar müqəddəs ailə dəyərlərinin milli-mənəvi, əxlaqi zəmində müdafiəsi və qorunması uğrunda mübarizə aparırlar.
Tamaşanın respublikamızın müxtəlif bölgələrində də nümayişi nəzərdə tutulur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın