Menu
Geri İrəli

Yenə külək əsəcək, yağış yağacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Sentyabr 2013 • Baxış sayı: 136 dəfə • Şərh yoxdur

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sentyabrın 11-nə gözlənilən hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın  Lent.az-a verilən  məlumata görə, sentyabrın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz  keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-19 dərəcə,  gündüz 20-21 dərəcə isti olacaq. Abşeron çimərliklərində temperatur 22-23 dərəcə təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, sentyabrın 11-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Aran rayonlarında gecə 15-20 dərəcə, gündüz 23-28 dərəcə isti, dağlarda gecə 6-11 – dərəcə, gündüz 14-19 dərəcə isti gözlənilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın