Menu
Geri İrəli

Yeni açılışı olmuş nümunəvi məhəllədən şikayət: “yollarımızı pis vəziyyətə qoydular”

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Sentyabr 2013 • Baxış sayı: 265 dəfə • Şərh yoxdur

Xəbər verdiyimiz kimi bu günlərdə Sumqayıt şəhərində 2-ci mikro rayon ərazisində nümunəvi məhəllənin açılışı olub. Bu günlərdə sumqayitxeber.com saytına həmin ərazidə yaşayan, 25-26-cı binalarının sakinlərdən məktub daxil olub. Məktubu olduğu kimi tədqim edirik:

“Sumqayit şəhərinin 2 mkr-da abadlaşdırılması yalanı barədə yazmaq istəyirəm. Doğrudur,abadlaşdırma işləri aparılıb,evlərin fasadları yenilənib, skamyalar, fənərlər quraşdırılıb, avtomobillər üçün park, uşaqlar üçün futbol meydançası, yelləncəklər, sürüşkənlər təşkil olunub, yollar asfaltlanıb,yaşıl qazonlar əkilib. Amma bu abadlıq işləri yalnız icra hakimiyyətinin bəzi işçilərinin yaşadığı 4-5 binanın qarşısında aparılıb. Neçə illərdi istifadə etdiyimiz maşın yolunu bağlayaraq, təmir olunmayan 2 bina (63/25 və 63/26) ilə arada sərhəd qoyublar. Necə deyərlər özlərinə yeni şəhər salıblar. 2-ci mkr-nın qalan sakinlərinə bu böyük haqsızlıqdır. Binaların su turbalarını çəkdilər ,təzə su sayğacları quraşdırdılar, bu gözəldir, amma yollarımızı pis vəziyyətə qoydular . Şikayətimizi bildirdik, gəlib binalarımızı sadəcə səliqəsiz şəkildə boyadılar. Yəni necə deyərlər üstü bəzək, içi təzək. İcra nümayəndələri də, bizim kimi Azərbaycan vətəndaşıdır. Bizim uşaqlarında belə şəraitə haqları var.”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın