Menu
Geri İrəli

YENİ BİR BAŞLANĞIC ÜÇÜN

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Oktyabr 2015 • Baxış sayı: 831 dəfə • Şərh yoxdur

43 saylı Sumqayıt üçüncü seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə namizəd Qocayev Eyvaz Vaqif  oğlu

EQ poster

Qısa bioqrafiya

Eyvaz Vaqif oğlu Qocayev 1984-cü ildə Zəngilan rayonunda anadan olub. Bakı Dövlət Universitetinin riyaziyyat ixtisasını bitirib.

Çox erkən yaşlarından ictimai həyatda aktiv iştirak etməyə başlayıb. Gənclər təşkilatlarında, media orqanlarında təsisçi və rəhbər vəzifələrdə çalışıb. Azərbaycanın ilk regional xəbər portalı olan və artıq 6 ildir ki, fəaliyyət göstərən “Sumqayitxeber.com”un təsisçisi və baş redaktorudur.

Son 10 ildə təlimçi, jurnalist və yazar kimi fəaliyyət göstərən Eyvaz Qocayevin yazdığı “Karyera bələdçisi” kitabı Azərbaycanda ən çox oxunan kitablar sırasındadır.

Sumqayıtda yüzlərlə gəncə həm İKT, həm də karyera planlaşdırılması sahəsində təlimlər keçən Eyvaz Qocayev şəhərin sosial-mədəni həyatında xüsusi fəallığı və özünəməxsus təşkilatçılıq qabiliyyəti ilə fərqlənib.

Onun təşkil etdiyi teatr günləri, rok və muğam festivalları Sumqayıtın mədəni həyatını canlandıran tədbirlərlərdən olub.

Şəhərin ictimai həyatında aktiv iştirakına və xidmətlərinə görə dəfələrlə fəxri fərman və mükafatlarla təltif edilib. “İlin gənc jurnalisti” adına layiq görülüb.

Ailəlidir, bir övladı var.

Nə üçün Eyvaz Qocayev?

  • Gəncdir – gəncliyi, gəncləri təmsil edir. Gənclik enerjidir, gücdür, dinamikadır.
  • Bizlərdən biridir – müəllim-ziyalı ailəsində doğulub və böyüyüb.
  • Sumqayıtda yaşayır, Sumqayıtın və sumqayıtlıların problemlərini bilir.
  • Gənclərin məşğulluğu, karyerada inkişafı ilə bağlı hədəfləri və bu hədəflərə çatma yollarını bilir.
  • Media təmsilçisidir – illərdir ki, cəmiyyətin  problemlərini ictimailləşdirərək onların həllinə çalışır.
  •  Yaradıcıdır və ideya mənbəyidir. Sumqayıtla bağlı bir çox tədbirlərin, layihələrin təşəbbüskarı, təşkilatçısıdır.
  • Yüzlərlə Sumqayıt gəncinin bilik və bacarıqlarının artırılmasına təlimlər və seminarlar vasitəsi ilə nail olub.
  • Dövlət, özəl, media və ictimai sektorda geniş əlaqələrə malikdir. Bütün bu əlaqələri və imkanları Sizlərin problemlərinin həlli üçün səfərbər etməyə hazırdır.
  • İctimai problemlərin həllinə yönəlmiş  davamlı fəaliyyəti onun bu yolda təsadüfi olmadığını ifadə edir.

QOCAYEV EYVAZ VAQIF OĞLUNUN SEÇKİ PLATFORMASINDA YER ALAN ƏSAS TƏKLİFLƏR:

Hörmətli seçici!

Bir Sumqayıt sakini olaraq ölkəmizin, şəhərimizin və bu dairənin bütün problemlərini gündəlik həyatda mən də yaşayıram. Seçki komandamız tərəfindən ətraflı araşdırılmış və həlli yolları artıq işlənilmiş təkliflərlə seçkilərə qatılıram.

Seçiləcəyim təqdirdə aşağıdakı problemlərin həllində “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunun 4-cü maddəsinin millət vəkilinə verdiyi “qanunvericilik təşəbbüsünü həyata keçirmək, deputat sorğusu vermək, məlumat almaq və yaymaq, vəzifəli şəxslər tərəfindən təxirə salınmadan qəbul edilmək” kimi bütün hüquq və səlahiyyətlərdən tam şəkildə istifadə edəcəyəm.

ELM  VƏ TƏHSİL SAHƏSİNDƏ PRİORİTETLƏRİM

  • Müəllimlərin layiq olduğu, onların yaradıcı və təşəbbüskar əməyini stimullaşdıran əmək haqqı konsepsiyasının irəli sürülməsi;
  • Ali təhsil müəssisələrində tədris edilən ixtisasların ictimai tələbata, Azərbaycanın inkişaf hədəflərinə uyğun olaraq təkmilləşdirilməsi;
  • Ümumi təhsilin verilməsində orta ümumi təhsil məktəblərinin tarixi nəaliyyətinin, nüfuzunun bərpa olunması ilə bağlı kompleks təkliflərin irəli sürülməsi;
  • Xaricdə təhsil proqramlarında Sumqayıt gənclərinin daha çox təmsil olunması ilə bağlı təşəbbüslərin irəli sürülməsi;
  • Təhsil müəssisələrində ixtisaslaşmış İKT bölmələrin yaradılması və İKT-nin tətbiqi ilə bağlı layihələrin dəstəklənməsi;
  • Elmin inkişaf istiqamət və hədəflərinin müəyyən edilməsində milli inkişaf ehtiyaclarının nəzərə alınmasına dair təkliflərin irəli sürülməsi;

SƏHİYYƏ SAHƏSİNDƏ

  • Həkimlərin və orta tibb heyətinin maddi təminatının daha da yaxşılaşdırılması;
  • Əhalinin sağlamlığının qorunması məqsədi ilə dayanıqlı əsaslara söykənən qabaqlayıcı dövlət səhiyyə siyasətinin inkişaf etdirilməsi ilə bağlı təkliflərin irəli sürülməsi;
  • Gündəlik qabaqlayıcı və müalicəvi səhiyyə xidmətlərinin əhalinin bütün təbəqələri üçün əlçatan olması ilə bağlı fəaliyyətin həyata keçirilməsi;
  • Ölkədə tibbi xidmətlərin zəmanətli əsaslarla həyata keçirilməsinə dair qanunvericilik bazasının inkişaf etdirilməsi;
  • Sumqayıt şəhərindən gənc həkimlərin xarici ölkələrdə təcrübə proqramlarına göndərilməsi;

GƏNCLƏR SİYASƏTİ VƏ MƏŞĞULLUQ  

  • İş üçün hər gün Bakıya axışan Sumqayıt gənclərinin  yaşadıqları şəhərdə işlə təmin olunması üçün Sumqayıtda sahibkarlıq və əlverişli biznes mühitinin davamlı təşviq edilməsi;
  • İldə iki dəfə özəl sektorun aktiv iştirakı ilə dairə ərazisində “Karyera günləri”nin keçirilməsi;
  • Gənclərimizin mənzillə təminatı üçün ipoteka şərtlərinin yüngülləşdirilməsi və bu məqsədlər üçün vəsaitlərin həcminin artırılması;
  • Narkomaniya, yolxucu xəstəliklər və gənc ailələrin sosial mənəvi dayaqlarının gücləndirilməsi ilə bağlı müxtəlif proqramların irəli sürülməsi;

ŞƏHƏR İNFRASTRUKTURU VƏ YERLİ İDARƏETMƏ

  • Şəhərimizin hər bir sakininə orta hesabla düşən mənzil fondunun sahəsinin ölkənin digər şəhərlərinin səviyyəsinə yüksəldilməsi;
  • Sumqayıtda tikinti və şəhərləşmə qaydalarının pozularaq aparılan tikintilərin qarşısının alınması üçün tikinti qanunvericiliyi üzərində dövlət nəzarətinin gücləndiriməsi ilə bağlı təkliflərin irəli sürülməsi;
  • Sənədsiz evlərə mülkiyyət hüququnun verilməsinin həyata keçirilməsi;
  • Yaşayış binalarının səviyyəsinin yaxşılaşdırılması və sakinlərə göstərilən xidmətin hüquqi əsasının təkmilləşdirilməsi;
  •  Şəhər bələdiyyəsinin və onun komitələrinin fəaliyyətinin daha effektiv qurulması üçün dövlət və ictimai nəzarətin gücləndirilməsi;
  • Yerli səviyyədə dövlət xidmətlərinin səmərəliliyinin artırılması və elektronlaşdırılması prosesinin genişləndirilməsi;

ƏTRAF MÜHİT

  • Sumqayıtda daha təmiz ətraf mühit üçün “təmiz torpaq, təmiz hava, təmiz su” devizi ilə silsilə sosial tədbirlərin keçirilməsi;
  • Tullantıların təkrar emalı üçün və resurslardan daha səmərəli istifadə üçün təşəbbüslər;
  • Şəhər ərazisində yaşıllığın artırılması ilə bağlı davamlı tədbirlərin həyata keçirilməsi;

ƏHALININ KREDİT YÜKÜNÜN AZALDILMASI

  • Problemli kreditlərdən əziyyət çəkən əhaliyə yardım edilməsi ilə bağlı dövlət səviyyəsində tədbirlərin görülməsi üçün təkliflərin irəli sürülməsi;
  • Kreditlərin verilməsi qaydalarını təlimatlardan qanunvericiliyə çevirilməsi mexanizminin işlənib hazırlanması;
  • Kredit verilməsində sosial ədalət prinsipinin tətbiqi;

43 saylı Sumqayıt üçüncü seçki dairəsinin hüdudları

Bu dairəyə 8, 9, 11, 13-cü mikrorayonlar və 41a, 42, 44-cü məhəllələr bütünlüklə, 10-cu mikrorayondan 2, 3, 4, 5, 6, 7, 8, 14, 20, 21, 25, 26, 27-ci evlər və Novruz qəsəbəsi daxildir.

Əlaqə vasitələri:

Tel: 055 209 45 00
e-mail: eyvaz.qocayev@gmail.com
fb: www.facebook.com/eyvaz.qocayev
_IMG_9063
_IMG_9325 _IMG_9328 _IMG_9336 _IMG_9370 _IMG_9378 _IMG_9404 IMG_9245 IMG_9247 IMG_9266 IMG_9274 IMG_9285 IMG_9301 IMG_9318 IMG_9363 IMG_9372 IMG_9375 IMG_9393 IMG_9396 IMG_9415 IMG_9127 IMG_9138 IMG_9217 IMG_9221 IMG_9230 IMG_9222 IMG_9076 _IMG_9228 _IMG_9209 _IMG_9148 _IMG_9072
 
 
Facebook Şərhləndirmə:

Şərhinizi yazın