Menu
Geri İrəli

Yeni çəkiləcək film üçün Suqmayıtda seçim turu keçiriləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 27 May 2013 • Baxış sayı: 178 dəfə • Şərh yoxdur

 

Uzun illərdir ABŞ-da yaşayan, Türkiyənin tanınmış rejissoru Cansu Kırdar İrmak seçim turlarından dolayı Bakıya gəlib.

Bu barədə Gün.Az-a layihənin mətbuat katibiFuad Mədətov məlumat verib.

Türkiyə və Azərbaycanın birgə layihəsi olan “Acıtan yürek” bədii filminin çəkilişlərinin seçim turlarına qeydiyyat artıq mayın 25-dən etibarən başlayıb. Mayın 25-i və 26-sı ilə yanaşı, iyunun 1-i və 2-nə kimi qeydiyyat, iyunun 8, 9, 15, 16, 22 və 23-də isə mərhələli sınaq turları keçiriləcək.

O, bildirib ki, Azərbaycanın şəhər və rayonlarında (Bakı, Sumqayıt, Lənkəran, Bərdə, Gəncə, Qəbələ və Naxçıvan) baş tutacaq qeydiyyatın dəqiq vaxtı barədə isə ictimaiyyətə ən azı 10 gün əvvəl məlumat veriləcək.

Türkiyənin tanınmış rejissoru Cansu Kırdar İrmakın ekranlaşdıracağı “Acıtan yürek” filminin seçim turlarında ictimaiyyətə tanınmayan simalar və ilk dəfə kamera qarşısına keçən şəxslər çəkiləcək.

Məşhur aktyor Saruhan Hunel isə Bakıya filmin final seçim turlarında gələcək və münsif kimi qatılacağı seçim turlarında layiq bildiyi rola uyğun simaları təklif edəcək.

Seçim turları Bakı, Sumqayıt, Lənkəran, Bərdə, Gəncə, Qəbələ və Naxçıvanda keçiriləcək.

Qeyd edək ki, filmin çəkilişləri Azərbaycanda – Bakıda və Qəbələdə, Türkiyədə isə İzmirdə gerçəkləşəcək.

Aytən Həsənova
Gün.Az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın