Menu
Geri İrəli

Yeni gətirilən sürət qatarından VİDEOREPORTAJ

Müəllif: sumqayitxeber.com • Tarix: 5 İyun 2015 • Baxış sayı: 730 dəfə • Şərh yoxdur
39385.pngÖlkəmizə gətirilən yeni nəsil qatarlar köhnələrindən tamamilə fərqlənir. Müasir qatarlar həm dizaynı, həm də rahatlığı ilə cəlbedicidir. Bu gün əməkdaşlarımız qatara baxış keçirib və üstünlüklərinin nədən ibarət olduğunu öyrəniblər.
4 vaqondan ibarət olan yeni elektrik qatarları 2 mərtəbəlidir. Bu qatarada ayaq üstə və oturaq vəziyyətdə olmaqla ümumilikdə 919 nəfər səyahət edə bilər. Qatarda 396 ədəd oturacaq quraşdırılıb ki, onlardan 84-ü biznes klas sinifinə aiddir.
Bu qatarlarda sərnişinlərin rahatlığı üçün hər bir şərait yaradılıb. Burada kondisioner və wifi sistemi ilə təchiz edilib. Sərnişinlər yol boyu həmdə televizora baxa biləcəklər.
Yeni qatarlar maşinistlər üçün də çox rahatdır. Çünki qatar elektron sistemlə idarə edilir və hər hansı nasazlıq tablolarda görünür. Qatarlarda qatarlarda əyləc sistemi daha mükəmməl işləyir.
Qatarın biznes klas sinifinə aid olan vaqonundakı oturacaqlar isə həm daha genişdir, həmdə tənzimlənə biləndir. Sırf bu vaqonda səfər edən sərnişinlər isə yol boyu kofe , çay içə, müxtəlif növ fast foodların dadına baxa biləcəklər.
Sərnişinlər bu vaqondan digərinə çox rahatlıqla keçə bilərlər. Bu qatarlardan əlillərində istifadə edə bilməsi üçün panduslarda quraşdırılıb.
Qatarın təhlükəsizliyinə hər bir vaqona quraşdırılmış kameralarla nəzarət edilir. Sərnişinlər özləri ilə gətirdikləri əl yüklərini başlarının üstündəki yerə və hər bir salonda olan xüsusi yük yerinə qoya bilərlər.
İlkin olaraq 2 ədəd gətirilən qatarın maksimal sürəti saatda 160 km olsa da marşrutu nəzərə alınaraq orta sürət kimi saatda 63 km seçilib. Qatarlar İyunun 29-dək Bakı Dəmir yolu sərnişin stansiyasından Koroğlu stansiyasına kimi, Bakı-Sumqayıt dəmir yolu xətti hazır olduqdan sonra isə bu xətdə istifadə edilcək. Yeni qatarlarda gediş qiyməti Tarif Şurasının qərarı ilə müəyyənləşdiriləcək. (xezerxeber.com)

Facebook Şərhləndirmə:

Şərhinizi yazın