Menu
Geri İrəli

Yeni müdafiə naziri kimdir?

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Oktyabr 2013 • Baxış sayı: 229 dəfə • 1 şərh

Prezident İlham Əliyev bir qədər əvvəl yeni hökumətin tərkibini təsdiqləyib. Yeni tərkibdə ən önəmli dəyişikliklərdən biri müdafiə naziri vəzifəsinə Səfər Əbiyevin yox, Zakir Həsənovun təyin edilməsidir. Zakin Həsənov kimdir?

6 iyun 1959-cu  ildə Astara rayonunda anadan olub. 1980-ci  ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirmiş, həmin ildən 1985-ci ilədək Almaniyada yerləşən Sovet Ordusu sıralarında xidmət edib.
1985-ci ildən 1993-cü ilədək SSRI Müdafiə Nazirliyinin Sibir Hərbi Dairəsinin Altay Hərbi Komissarlığında çalışıb. 1993-2003-cü illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş Idarəsində xidmət edib, daha sonra Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə irəli çəkilib.
Azərbaycan Respublikası prezidentinin 17.01.2003-cü il tarixli 1130 N-li sərəncamı ilə Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı vəzifəsinə təyin edilib, 17.05.2003-cü il tarixli 869 N-li Fərmanı ilə isə general-mayor, 06.05.2005-ci il tarixli 802 nömrəli sərəncamı ilə general-leytenant ali xüsusi rütbəsi verilib.
Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara layiq görülüb. Prezidentin 16.08.2002-ci il sərəncamı ilə “Hərbi xidmətlərə görə“ medalı, 30.06.2004-cü il tarixli 294 N-li sərəncamı ilə “Azərbaycan Bayrağı“ ordeni ilə və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin 15.12.1998-ci il tarixli 0294 N-li əmri ilə “Sərhəddə fərqlənməyə görə“ medalı ilə təltif edilib.
Ailəlidir. İki övladı var.
Facebook Şərhləndirmə:

“Yeni müdafiə naziri kimdir?” yazısına bir cavab

  1. Emin deyir:

    Hemin Serhedde ferqlenmish dosh nishani menede verilib ! Amma bir xeyrini mulki heyata gelende gore bilmedim formamin ustunde belkede artiq karoziyaya ugrayin

Şərhinizi yazın