Menu
Geri İrəli

Yeni nazir iki generalı vəzifədən uzaqlaşdırıdı

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Oktyabr 2013 • Baxış sayı: 181 dəfə • Şərh yoxdur
Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyində kadr dəyişiklikləri olub. APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Altay Mehdiyev və Müdafiə Nazirliyinin İnspeksiya İdarəsinin rəisi, general-mayor Məmməd Beydullayev vəzifələrindən azad ediliblər. M. Beydullayevin yerinə polkovnik Fəxrəddin Cəbrayılov təyin olunub. F. Cəbrayılov 1995-ci ildə prezidentin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

 Müdafiə Nazirliyində struktur dəyişikliklərinin olduğu da bildirilir.

 Xatırladaq ki, oktyabrın 22-də Azərbaycan prezidentinin sərəncamı ilə Zakir Həsənov Səfər Əbiyevin yerinə müdafiə naziri təyin olunub.  

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın