Menu
Geri İrəli

Yeni yemək resepti :”Sumqayıt dolması”-EKSKLÜZİV

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Oktyabr 2012 • Baxış sayı: 1,107 dəfə • 4 şərh
Share Button


Sumqayıtın adı ilə bağlı olan yeni yemək reseptinin təqdimatı keçirilib.

Yeni yemək reseptinin ideya müəllifi Sumqayıtlı sahibkar, həkim, Sumqayıt “Dostlar klubu”nun sədri Hümbət Quliyevdir.

Hümbət Quliyev “sumqayitxeber.com” saytına açıqlamasında yeni yemək resepti ilə bağlı ətraflı məlumat verib. İdeya müəllifinin fikirlərini olduğu kimi diqqətinizə çatdırırıq.

Kulinariya ilə bəşər yanaşı və birgə addımlayıb. Ilk insanlar əti odda bişiriblər. Sonra o suda bişirilib. Qədim aşpazlar düşünüblər ki, ətə od və su dəyməsin. Xəmiri fikirləşiblər. Əti ədviyyatla birlikdə xəmirin içinə büküblər. Beləliklə ət və ədviyyatlar öz şirəsində bişirilib. Xəngəl, düşbərə, mantı və s. bu qəbildən olan yeməklərdir.

Şərqdə paralel olaraq bu məqsədlə (bəlkə xəmirdən də əvvəl) müxtəlif bitki yarpaqlarından istifadə olunub. Tarixin süzgəcindən bizə çatan əsasən üzüm və kələm yarpağı, yeməyin adı isə dolmadır. Dolma sözünün kökü doldurmaq, dolmaq sözündən ibarət olub, azərbaycan dili mənşəlidir.

Yarpaqların əsas məqsədi onların içərisində olan inqrediyentlərin hermetik (!) şəkildə saxlanılmasıdır. Bu hermetiklik bişirilmə və süfrəyə gətirilənə qədər saxlanılması vacib olan şərtdir.

Üzüm yarpağı və kələmin hərəsinin öz üstünlükləri və çatışmazlıqları vardır.

Üzüm yarpağı kifayət qədər sərt olduğundan, hermetikliyi etibarlı saxlaya bilir, ancaq məhsulu olaraq çətin həzm olunur. Bu səbəbdən mədə-bağırsaq sistemində problemi olan insanlara məsləhət görülmür.

Kələm yarpağı həzm üçüm çox rahatdır, lakin onun hermetiklik xüsusiyyəti zəifdir.

Bu təklifin məğzi ondan ibarətdir, dolmaiçi inqrediyentlər əvvəl üzüm yarpağına sonra isə ikinci qat olaraq kələm yarpağına bükülür. Bu ikiqat dolmada ayrı-ayrılıqda yarpaq və kələmdə olan çatışmazlıqlar aradan qaldırılır. Birincisi, ikiqat dolmada etibarlı hermetiklik təmin olunur. Ikincisi, kələmə bükülmüş yarpaq özü də yaxşı bişir. Üçüncüsü, kələm mədə-bağırsaqda üzüm yarpağının həzm olunmasına köməkçi olur.

Eyni zamanda vacib olanı kələm-yarpaq dolmasının ölçüləridir. Dolmanın ölçüsü elə olmalıdır ki, bir dəfəyə tam şəkildə ağıza rahatlıqla yerləşə bilsin.

Məhz ağızda dolma sıxılaraq “dad partlayışı”effekti yaradır.

Bu “partlayışın” içərisində bütün dolmaiçi inqrediyentlərin, həm də yarpaq və kələmin təkrarolunmaz ləzzəti ortaya çıxır.

Kələm-yarpaq dolması süfrəyə ilıq şəkildə verilir. Çəngəl və bıçaqdan istifadə yolverilməzdir. Hermetiklik ağıza qədər qorunub saxlanılmalıdır.!

Dolma əllə və ya qaşıqla yeyilməlidir. Bu ikiqat dolmanın vegeterian variantında ət məhsullarından istifadə olunmur.

Inanıram ki, kələm-yarpaq dolması tarixən özümüzün olan dolmaya olan diqqətimizi artıracaq və doğma Azərbaycan mətbəximizi daha da zənginləşdirəcək.

SUMQAYİTXEBER.COM, Fidan Məmmədova


Facebook Şərhləndirmə:
Share Button

“Yeni yemək resepti :”Sumqayıt dolması”-EKSKLÜZİV” yazısına 4 cavab

  1. Sahib-F 100% deyir:

    Hümbət doktor başdan ayağa ideya mənbəyidir.Onun bu ideyasıda məni heyran etdi.Ən əsas “Dolma sözünün kökü doldurmaq, dolmaq sözündən ibarət olub, azərbaycan dili mənşəlidir” ifadəsi bədniyyət qonşularımıza tutarlı bir cavabdır.Utanmadan hər yerdə deyirlər dolma bizim milli xörəkdir.Neysə gəlin meymunu yadimiza salmayaq.Bişirin yeyin bu bizim haqqimizdır.Nuş olsun!

  2. Shafa Aliyev deyir:

    Salam! Novator ve istedadli Hummet doktoru tebrik edirem! Saglam ve rasional qida insanlarimiza saglam ruh ve uzun omur bexsh edir!!!

  3. CINQIZ deyir:

    HALAL OLSUN!

  4. Məhəmməd deyir:

    Təklif edirəm ki, bundan sonra Sumqayıt camaatı bişirdikləri yeməklərin standartını Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyatdan keçirsin və hər xörək üçün sertifikat alınsın. Evlərdə standartlara uyğun olmayan və sertifikatsız yeməklər bişiriləndə cərimələr tətbiq olunsun.

Şərhinizi yazın