Menu
Geri İrəli

Yol polisindən sumqayıtlı sürücülərə XƏBƏRDARLIQ

Müəllif: sumqayitxeber.com • Tarix: 25 İyul 2013 • Baxış sayı: 147 dəfə • Şərh yoxdur

 

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi Sumqayıt, Xırdalan şəhərləri, Abşeron, Şamaxı rayonları və həmin istiqamətlər üzrə digər bölgələrdən paytaxtın «20 Yanvar» dairəsi istiqamətində hərəkət edən avtomobil sahiblərinin, sürücülərin və sərnişinlərin nəzərinə çatdırır ki, iyulun 25-dən 26-na keçən gecə «20 Yanvar» dairəsindən şəhər istiqamətində Tbilisi prospekti üzrə Nəqliyyat Nazirliyinin inzitbati binasının yanınadək yeni asfalt örtüyünün təcili çəkilişi ilə əlaqədar bütün avtomobillərin hərəkətinə məhduliyyət qoyularaq istiqamət dəyişdiriləcək. Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, bununla əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyə edir: «Qeyd edilən ərazi üzrə nəqliyyat sıxlığıının, tıxacların və yol-nəqliyyat hadisələrinin yaranmaması məqsədilə alternativ yol kimi bölgələrdən yaxınlaşmaqda olan avtomobil sürücülərinə Sumqayıt şəhərindən keçməklə Novxanı-Binəqədi yolu ilə hərəkət edərək Bakının Azadlıq prospekti və digər istiqamətləri üzrə, Beynəlxalq Avtovağzalın inzibati binasının yanından 3-cü kənar dairəvi yolla Badamdar və digər istiqamətlər üzrə, Bakı-Sumqayıt şosesindən Xocəsən istiqamətində hərəkət edərək Bakı-Salyan şosesi üzrə, həmçinin 20 Yanvar dairəsindən Şərifzadə və Həsənbəy Zərdabi küçələri ilə Qələbə meydanına keçməklə A.Salamzadə küçəsi ilə hərəkət edərək Nəqliyyat Nazirliyinin inzibati binasının yanından Tblisi prospektinə çıxmaq tövsiyə edilir». Qısa müddətə yol təmir-tikinti işləri başa çatanadək bütün sürücülərdən xahiş edilir ki, alternativ yol kimi təklif edilən yollardan istifadə edilsin. Əlavə olaraq bildirilir ki, Sumqayıtdan 20 Yanvar dairəsi istiqamətində avtomobil tunelindən keçərək şəhər istiqamətində körpünün üzəri ilə də avtomobillərin hərəkətinə məhduliyyət qoyulur: «Konkret olaraq «20 Yanvar» dairəsindən həm körpünün üzəri ilə, həm də Tbilisi prospekti ilə A.Salamzadə küçəsi ilə kəsişməyədək avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulub. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yaranan müvəqqəti çətinliyə görə əhalidən, avtomobil sahibləri və sürücülərdən üzr istəyir».

Elməddin

Facebook Şərhləndirmə:

Şərhinizi yazın