Menu
Geri İrəli

Yüksək bal toplayanlara icra başçıları nə verdi? – ADLARI / SİYAHI

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Sentyabr 2016 • Baxış sayı: 1,574 dəfə • 6 şərh

icralar2600 baldan yüksək nəticə göstərərək şəhər və rayonların adını yüksəldən və tələbə adını alan gənclərlə icra başçılarının builki ənənəvi görüşü geniş müzakirəyə səbəb olub.

Buna səbəb icra başçılarının bəzilərinin rayon üzrə yüksək bal yığan tələbələrə bağışladıqları hədiyyələrin mahiyyətsiz olmasıdır. Məhz Lənkəran şəhər icra başçısı Taleh Qaraşovun bu il qəbul imtahanlarında 600 baldan çox toplamış 30 lənkəranlı tələbəyə elektrik qəhvədan hədiyyə etməsi ictimai etirazın yaranmasına səbəb olub.

Bəs daha hansı icra başçıları rəhbəri olduqları rayonlarda tələbələrə ucuz və mahiyyətsiz hədiyyələr verib?

AZXEBER.COM məsələ ilə bağlı geniş araşdırma aparıb. Araşdırmamızın nəticələri aşağıdakı kimidir:

Əvvəlcə Tovuzdan başlayaq. Tovuz rayon icra başçısı Tofiq Zeynalovun hədiyyəsi də sosial şəbəkələrdə ən çox müzakirə olunan hədiyyələrdən olub. İllərdir rayona rəhbərlik edən T.Zeynalov 600-dan yüksək nəticə göstərmiş tələbələrə sevgi kitabı və bir də köynək hədiyyə edib.

Rəhbərlik etdiyi rayonda cəmi 2 ən yüksək bal toplayan tələbə olmasına baxmayaraq Ağsu rayon icra başçısı Ənvər Seyidəliyev də “komik” hədiyyə verən icra başçılarından biri olub. O hər iki tələbəyə divar saatı hədiyyə etməklə kifayətlənib.

Sumqayıtdan sonra “paytaxtın paytaxtına” rəhbərlik etməyə başlayan Eldar Əzizov da “əlibərk”lik nümayiş etdirən icra başçılarından olub. Rayon rəhbəri yüksək bal toplayan tələbələrə “dünya ədəbiyyatı korifeylərinin nəfis tərtib olunmuş əsər” (İH saytında məhz elə belə yazılıb) bağışlamaqla və Yaxt Klubda tədbir təşkil etməklə kifayətlənib.

Nəsimi rayon icra başçısı Asif Əsgərov isə əliaçıqlığı ilə seçilib. O yüksək nəticə göstərən tələbələrə qiymətli hədiyyə və 400-dən artıq şagirdə məktəbli forması hədiyyə edib.

Sabirabadın icra başçısı Nazim İsmayılov isə digər həmkarlarından fərqli olaraq tələbələrə öz hədiyyələrini özləri alması üçün pul mükafatı verib. İcra başçısı 500-dən yüksək nəticə toplayanlara 50 manat, 600-dan yüksək nəticə toplayanlara isə 100 manat verib.

Şəmkir rayon icra başçısı Alimpaşa Məmmədov isə pul mükafatının məbləğini stabil saxlayıb. O tələbələrə balından asılı olmayaraq 50 manat hədiyyə edib.

Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev hər il olduğu kimi bu ildə səxavətli davranıb. Başçı Nərimanov Rayon İcra Hakimiyyəti adından təhsildə fərqlənmiş, qəbul imtahanlarında yüksək nəticələr əldə edərək ali məktəblərə qəbul olunmuş məzunlara fəxri fərman və qiymətli hədiyyələr təqdim edib.

Salyan rayon icra başçısı Sevindik Hətəmov isə Yardımlıdakından fərqli olaraq Salyanda qiymətli hədiyyələrin sayını çoxaldıb. O tələbələrə 1 gül, 1 heyvan suveniri, Qurani-Kərim, diplom və planşet hədiyyə edib.

Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İskəndərov ali məktəblərə qəbul zamanı yüksək nəticələr göstərmiş məzunları təltif edib. Yekunda isə ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərərək tələbə adını qazanmış gənclərlə xatirə şəkli çəkdirilib. Bu haqda icra hakimiyyətinin saytında məlumat verilib. Fotolarda isə tələbələrin yalnızca tort kəsdiyi əks olunub.

Şamaxı rayon icra başçısı Asif Ağayev isə yalnız 600 baldan yüksək nəticə göstərənlərə 100 manat pul verib.

Balakən rayon icra başçısı İslam Rzayev də bəzi həmkarları kimi puldan çox qiymətli hədiyyəyə üstünlük verib. O qızıl medal alan və 600 baldan yüksək bal toplayan tələbələrin hər birinə planşet hədiyyə edib.

Sumqayıtın icra başçısı Zakir Fərəcov isə bu il əliaçıqlıq nümayiş etdirənlərdən olub. İcra başçısı 600-dan yüksək bal toplayan 138 tələbəyə noutbuk verib. Sumqayıtda yüksək bal toplayan məzunların sayının çox olmasını nəzərə alsaq bu addımı yüksək qiymətləndirmək olar.

Kəlbəcər rayon icra başçısı Aqil Məmmədov da 200 manat pul və fəxri fərman hədiyyə edib.

Gədəbəy rayon icra başçısı Ramiz Yediyarov isə devalivasiyadan sonra hədiyyələrinin sayını azaldıb. O tələbələrə “bəy verən atın dişinə baxmazlar” ədası ilə qol saatı və fəxri fərman verməklə kifayətlənib.
Xaçmazda isə icra başçısı Şəmsəddin Xanbabayev 550-dən yüksək nəticə göstərən tələbələrə ətir və qalstuk hədiyyə etməklə məsələni kökündən həll edib.

Goranboy rayon icra başçısı Nizaməddin Quliyev 500-dən yüksək bal toplayanlara 200 manat, 600-dan yuxarı bal toplayanlara isə 500 manat pul mükafatı verib.

Göygöl rayon icra başçısı Arif Seyidov digər həmkarlarından fərqli olaraq ucuz hədiyyə ilə öz işini yekunlaşdırıb. İcra başçısı yüksək nəticə toplayan tələbələrə DVD və gül hədiyyə edib.

Ucar rayonunun icra başçısı Mənsur Məmmədov da bu il rayonun DVD ehtiyyacını öz hesabına görüb. Belə ki, icra başçısı 600-dan yuxarı nəticə göstərən tələbələrin hər birinə yalnızca DVD verməklə kifayətlənib.

Oğuz rayon icra başçısı Eyvaz Qurbanov isə çoxlarını təəccübləndirəcək jesti ilə diqqəti cəlb edib. Rayon rəhbəri 600-650 bal toplayanlara notbuk, 650-dən yüksək nəticə göstərənlərə isə İpad hədiyyə edib.

Nazir qardaşı Mərdan Camalov isə Şirvanda konsert verməklə yüksək bal toplayan tələbələri təbrik edib. Bu barədə sosial şəbəkə istifadəçiləri məlumatlar paylaşıblar.

Facebook Şərhləndirmə:

“Yüksək bal toplayanlara icra başçıları nə verdi? – ADLARI / SİYAHI” yazısına 6 cavab

  1. Tunar Mirzeyev deyir:

    Bizim basciya halal olsun. Ele rayon var ki 3 usaq belke de 600 den yuxari bal toplayib. Ona baxanda bizde hediyyenin deyeri qat qat ustundur.

  2. Heqiqet deyir:

    Eldar Əzizov kitab hediyye edib ki guya intelektualdir da)))
    Basa dusmur ki artiq insanlar kitabi komputerden oxuyur)
    İnternet, texnologiya esridir.
    Telebelerimize ugurlar arzulayiram

  3. Rena deyir:

    Zakir Ferecovun tebligat islerini kim aparirsa halal olsun) Movzu tapib bascini birinci ede bilirler))))
    Gelen il reqabet olacaq bascilar arasinda.

  4. Kamil deyir:

    Kim ne deyir desin en sanballi basci bizim bascimizdir. Sumqayitda gorduyu islere gore her zaman tarixde qalacaq.Allah can saqliqi versin.

  5. Deyanet deyir:

    Son zamanlar Zakir muellimin bakiya mer getirileceyini yazirlar. Mence en layiqli icra bascisi ele odur. Son vaxtlar Sumqayitda gorduyu isler de bunu demeye esas verir.

  6. Peri Veliyeva deyir:

    Zakir muellim her zaman oz boyukluyun gosterib. Bunun neticesidir ki, diger bascilarin icerisinde oz layiqli yerini tutub. Mence her bir Sumqayitli sevinmelidir ki sehere bele nufuzlu shexs rehberlik edir. Allah qorusun.

Şərhinizi yazın