Menu
Geri İrəli

Zakir Fərəcov 11 saylı məktəbdə oldu – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Sentyabr 2017 • Baxış sayı: 4,150 dəfə • 3 şərh
Share Button

DSC_0354

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 2017-2018-ci tədris ilinin başlanması və Sumqayıt şəhərində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin əsaslı təmir və yenidənqurma işləri  ilə yerində tanış olmaq üçün məktəblərdə olur.

Şəhər rəhbəri növbəti səfərini Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbə edib.  Z. Fərəcov məktəbin vəziyyəti ilə tanış olub. Müəllim kollektivi, eləcə də şagird və valideynlərlə görüşüb. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ümummilli lider Heydər Əliyevin Azərbaycanda təhsilin inkişafına göstərdiyi yüksək diqqət və qayğının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Yeni dərs ilinin başlanmaq üzrə olduğunu vurğulayan Z.Fərəcob qeyd edib ki, bununla əlaqədar ümumtəhsil müəssisələrində təmir-bərpa işləri yekunlaşmaqdadır. Sumqayıtda bütün məktəblərdə təmir-bərpa işləri yüksək səviyyədə aparılıb. Tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində lazımi tədbirlər görülüb.

  DSC_0109 DSC_0119 DSC_0137 DSC_0164 DSC_0180 DSC_0199 DSC_0223 DSC_0257 DSC_0278 DSC_0321 DSC_0337

DSC_0001DSC_0002
DSC_0003DSC_0006
DSC_0007

 

 

 

Facebook Şərhləndirmə:
Share Button

“Zakir Fərəcov 11 saylı məktəbdə oldu – FOTOLAR” yazısına 3 cavab

  1. 11 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Elnarə Qurbanzadə. deyir:

    İcra Hakimiyyətinin başçısı hörmətli cənab Zakir Fərəcovun məktəbimizə gəlişi , kollektivimizə olan xüsusi diqqət və qayğısı yeni dərs ilində bizi çox sevindirdi. Kollektivimiz adından bir daha minnətdarıq.

  2. Sumqayıt şəhər T.İsmayılov adına 29 № li məktəbin müəllimi Gülnarə Əlimusayeva deyir:

    Dövlətimizin, hörmətli cənab prezidentimiz İlham Əliyevin, birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkə təhsilinə diqqəti və qayğısı hər zaman prioritet məsələlərdəndir.Bu gün Sumqayıt şəhərində də tam təmirli, yüksək maddi texniki bazaya malik belə məktəblərin sayı artmaqdadır.Bu işdə ,ümumiyyətlə şəhərimizin gündən- günə abadlaşmasında, gözəlləşməsində şəhər İcara hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun da xidmətləri danılmazdır.

  3. Sarıkişiyev Oktay deyir:

    Uğurlu olsun. İnanıram ki, 11 saylı məktəbin kollektivi başda İlhahə xanım olmaqla, xalqımız, millətimiz, dövlətimiz üçün gərəkli vətəndaşlar yetişdirəcək.

Şərhinizi yazın