Menu
Geri İrəli

Zakir Fərəcov: “56 məktəbdən 48-i yararsız vəziyyətdədir”

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Sentyabr 2015 • Baxış sayı: 1,635 dəfə • Şərh yoxdur

Zakir-Fərəcov-300x220Bu gün Sumqayıt şəhərində təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Konfransda Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov  da iştirak edib.

Konfransda çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıtın təhsil sahəsindəki boşluqlardan, dam örtüyü bərbad vəziyyətdə olan binalardan, şəhər memarlığına zərər vuran tikililərdən, istilik sistemi ilə təchiz olunmayan bağçalardan danışıb.

Zakir Fərəcov bildirib ki, şəhərdəki 56 məktəbdən 48-i yararsız vəziyyətdədir. Eyni zamanda şəhər başçısı bir çox bağça müdirlərinin işdən azad olunması ilə bağlı da açıqlama verib.

Onların işdən azad olunma səbəbi eynidir. Qanunsuz hallar və korrupsiya. Bağçalarda ərzaqların tam şəkildə uşaqlara çatdırılmadığı və mənimsənildiyi də başçının diqqətindən yayınmayıb.

Konfransda Zakir Fərəcov bağça müdirləri və məktəb direktorlarına bu hallarla bağlı son xəbərdarlığını edib. Həmçinin İcra Başçısı şəhər Təhsil Şöbəsinin müdir əvəzi Vaqif Ələkbərovun da eyni səbəbdən işindən uzaqlaşdırıldığını bildirib.

Lakin Zakir Fərəcov bütün bu halların qarşısının alınacağına, təhsil xidmətinin yaxşılaşdırılacağına, eyni zamanda bərbad vəziyyətdə olan yolların və məhəllələrin təmir olunacağına, binaların dam örtüyünün dəyişdiriləcəyinə, bütün məktəb və bağçaların istilik sistemi ilə təmin olunacağına, şəhərin memarlığına zərər vuran tikililərin söküləcəyinə dair Sumqayıtlılara söz verib. Artıq bu məsələ ilə bağlı əmr imzalanıb və işlərə başlanıb. Ən əsası isə yaxın bir il ərzində dənizkənarı ərazidə Bakının bulvarından daha gözəl bir bulvarın tikiləcəyini sumqayıtlıların nəzərinə çatdırıb.

Sevinc Salehqızı, SUMQAYİTXEBER.COM

Facebook Şərhləndirmə:

Şərhinizi yazın