Menu
Geri İrəli

Zakir Fərəcov “Bilik günü” tədbirində – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Sentyabr 2017 • Baxış sayı: 3,518 dəfə • 5 şərh
Share Button

Bu il Sumqayıt şəhərində 5877 şagird üçün ilk dəfə məktəb zəngi çalınıb.

DSC_0055

Sentyabrın 15-də Sumqayıt şəhərində fəaliyyət göstərən bütün təhsil müəssisələrində Bilik günü təntənəli şəkildə qeyd olunub.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt şəhər 41 saylı tam ortaməktəbdə təşkil olunmuş Bilik günü tədbirində iştirak edib.

Bayram tədbirində şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov məktəbin müəllim və şagird kollektivini, eləcə də valideynləri təbrik edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda təhsilin inkişafına göstərdiyi yüksək diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Vurğulanıb ki, son illər qazanılan bütün uğurlar Prezident İlham Əliyevin təhsilin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasətin, Birinci vitse-prezident Mehriban Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi diqqətinin nəticəsi kimi dəyərləndirilməlidir.

Zakir Fərəcov bildirib ki, ölkəmizdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür, yeni məktəb binaları, əlavə tədris korpusları inşa edilir, mövcud məktəblərdə əsaslı təmir işləri aparılır. Bu il də Sumqayıt şəhərində bütün məktəblərdə təmir-bərpa işləri yüksək səviyyədə aparılıb. Bütün bunlar gənclərin yüksək səviyyədə təhsil almalarına və müstəqil ölkəmizin layiqli vətəndaşları olmalarına lazımi şərait yaradır. Bunun nəticəsidir ki, Sumqayıt üzrə ali məktəblərə sənəd verənlərdən 1403 nəfəri, yəni abituriyentlərin 69 faizi tələbə adını qazanıb. Respublikanın digər bölgələrindən fərqli olaraq şəhər üzrə ali məktəblərə sənəd vermə faizi 82 faizə yaxındır. 2017-ci ildə şəhərin məzunlarından 411-i 500-dən, 169-u 600-dən yuxarı bal toplayıb. Bu, ötənilki göstəricidən 30 nəfər, təxminən 22 faiz çoxdur. O cümlədən 200 məzun 500-600, 108 nəfər 600-649, 61 nəfər isə 650-700 intervalında bal toplaya bilib. Orta bal 345,7 olub ki, bu da respublika üzrə ən yüksək göstərici olmaqla yanaşı, ötən illə müqayisədə 19 faiz yüksəkdir. Bir məzun isə maksimum nəticə göstərərək 700 bal toplayıb. Doqquz tələbə Prezident təqaüdünə layiq görülüb. Builki nəticələrə görə Sumqayıt məktəbləri respublika üzrə göstəricilərə görə birinci yerə layiq görülüb.

Pedaqoji kollektivin nümayəndələri, valideynlər gənc nəslə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ediblər.

“Son zəng” tədbirində məktəblilərin ifasında müxtəlif rəqs nömrələri, şerlər və mahnılar səsləndirilib.

Daha sonra ilk zəng çalınıb və yeni tədris ili açıq elan olunub.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov məktəbdə yaradılan şəraitlə yaxından tanış olub, dərslərin gedişatını izləyib, şagirdlərlə söhbət edib.

DSC_0063 DSC_0065 DSC_0068 DSC_0070 DSC_0075 DSC_0105 DSC_0128 DSC_0141 DSC_0143 DSC_0155 DSC_0207 DSC_0210 DSC_0216 DSC_0266 DSC_0274 DSC_0328 DSC_0333 DSC_0341 DSC_0376 DSC_0395 DSC_0420 DSC_0434 DSC_0447 DSC_0463

DSC_0013DSC_0018

 

 

Facebook Şərhləndirmə:
Share Button

“Zakir Fərəcov “Bilik günü” tədbirində – FOTOLAR” yazısına 5 cavab

  1. Rəna deyir:

    Çox maraqlı fotolardır. çox sadə başçımız var. hiss olunur ki, şəhərimizi sevir. alqışlayıram!

  2. Perviz Tahirli deyir:

    Bizim məktəbimiz!
    Bizim dövrümüzdə bu məktəb bəlkə də ən axırda qalmış məktəb idi. Çox dəyişib məktəbimiz tanımadım. gərək bir gün gedim baş çəkim.

  3. Samirə vəliyeva deyir:

    Zakir müəllimə çox minnətdarıq ki, bizim sevincimizi bölüşdü. Övladlarımızın ilk son zənginə təşrif buyurdu. Mən əminəm ki, uşaqlarımızın yaddaşından bu heç vaxt silinməyəcək. Minnətdarıq.

  4. Fidan Mədətova deyir:

    Zakir müəllim şəhərə rəhbərlik edəndən sonra Sumqayıt şox dəyişdi.
    Xüsusilə də baxçalar, məktəblər çox dəyişib. Allah qorusun başçımızı. Həqiqətən çox işlər görür. Yaxşıya yaxşı, pisə pis deməyi bacarmaq lazımdır

  5. Lalə Quliyeva deyir:

    Bir ili artıq geridə qoyduq. Bir ildir ki, şəhərimizin icra başçısı dəyişilib. Bu il ərzində şəhərdə baş verən gözəl və ürəkaçan dəyişikliklər biz sakinləri çox sevindirir. Yaddan çıxarılmış mikrorayondaxili küçələrin asfalt örtüyünün yenilənməsi, uşaa baxçalarının istilik sistemi ilə təmin olunması, uşaqlarımız üçün yeni tikilmiş incəsənət məktəbinin istifadəyə verilməsi bizi qürurlandırdı. Artıq biz şəhərimizə gələn qonaqlarımızı fəxrlə Sumqayıtı gəzdirib, onları şəhərimizin gözəl yerləri ilə tanış edirik. Şəhərimizin bulvarının yeni görkəmi hamının diqqətini cəlb edir. Çox sağ olun bu görülən işlərə görə.

Şərhinizi yazın