Menu
Geri İrəli

Zakir Fərəcov dənizkənarı bulvarda görülən işlərlə tanış olub

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Mart 2016 • Baxış sayı: 775 dəfə • 4 şərh

DSC_0007

Sumqayıt şəhərində kompleks yenidənqurma işləri davam etdirilir. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov aparılan tikinti-quruculuq işləri ilə yaxından tanış olub.

İcra başçısı əvvəlcə dənizkənarı bulvarda aparılan tikinti işlərinin gedişi ilə maraqlanıb.

Zakir Fərəcova məlumat verilib ki, artıq betonlama işləri aparılır, yaşııllıq zolağının salınması üçün hazırlıq görülür, yerə vurulan daş üzlüklər də artıq müəyyənləşdirilib.

İcra başçısına o da məlumat verilib ki, artıq istinad divarı və parkın yağış sularından təmizlənməsi üçün yeraltı kanallar çəkilib. Bununla yanaşı dənizin daxilində də təmizləmə işləri aparılır.

Onu da bildirək ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov hər gün burada görülən işlərlə maraqlanır və görülən işlərə şəxsən nəzarət edir.

Sonda Şəhər İcra Başçısı Zakir Fərəcov müvafiq tapşırıq və tövsiyyələrini verib.

Qeyd edək ki, Sumqayıt şəhərində dənizkənarı yeni bulvar və Sahil parkı layihəsinin uğurla icra olunması şəhərin simasını tamamilə dəyişəcək.

Dövlətimizin başçısının tapşırığına əsasən Sumqayıt sakinlərinin, eləcə də qonaqların asudə vaxtlarının səmərəli təşkili üçün qısa vaxt ərzində dənizkənarı bulvarda ən müasir infrastruktur yaradılacaq.

Yeni bulvarda müasir tələblərə cavab verən müxtəlif xidmət və iaşə obyektlərinin tikilib istifadəyə verilməsi nəzərdə tutulub. Sumqayıt bulvarı özünəməxsus gözəlliyi ilə turistlərin diqqətini cəlb edəcək. Ərazidə uşaqların və yeniyetmələrin əyləncəsi də nəzərə alınıb.

Bulvarda kiçikölçülü gəzinti avtobusları, avtomobil və velosiped üçün sahilboyu xüsusi hərəkət zolağı da salınacaq. Ərazidə nadir ağac və bitki nümunələri əkiləcək, müasir işıqlandırma sistemi quraşdırılacaq. Həmçinin burada istirahət obyektləri, atraksionlar, ticarət və əyləncə mərkəzləri, kinoklub, idman infrastrukturu inşa ediləcək. Sahil hissədə estakadalar qurulacaq və şəhərin akvatoriyasında gəzinti gəmilərinin hərəkəti təmin olunacaq.

11  Zakir Ferecov 11 Zakir Ferecov 1 333  Zakir Ferecov
DSC_0012 DSC_0019 DSC_0025 DSC_0028 DSC_0035 DSC_0037 DSC_0041 DSC_0047 DSC_0052 DSC_0058 DSC_0062 DSC_0069

 

Facebook Şərhləndirmə:

“Zakir Fərəcov dənizkənarı bulvarda görülən işlərlə tanış olub” yazısına 4 cavab

  1. Elsad deyir:

    Cox gozel.teki yaxsl olsun.bizim de gozel bulvarlmlz olsun.hal

  2. ilham deyir:

    cox gozal.allah komayiniz olsun,uqurlar bu iwinizde

  3. Nicat deyir:

    Cox gozel Allah o insanin komeyi olsun ki deniz qiraginada el gezdirib biizmde gozel bulvarimiz olacaq YORULMUYASINIZ!!!!!!!!!!

  4. Rəhman Orxan deyir:

    Zakir müəllimi var olsun! O, sadəcə sumqayıtlı yox, vətənpərvər sumqayıtlıdır! Allah qoysa, çox çəkməz ki, Sumqayıt onun sayəsində rahatlığına, abadlığına görə Bakını da “vurub keçəcək”! İnşallah!

Şərhinizi yazın