Menu
Geri İrəli

Zakir Fərəcov gənc könüllülərlə görüşüb – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 4 İyul 2017 • Baxış sayı: 4,905 dəfə • 4 şərh

Sumqayıt şəhərində təmizliyin qorunub saxlanılması üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə gənclərdən ibarət könüllü qrup yaradılıb. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov gənc könüllülərlə görüşüb. Sumqayıtın tarixinə nəzər salan şəhər rəhbəri qeyd edib ki, 67 yaşı olan gənclik şəhərinin artıq 500 minə yaxın əhalisi var. Cənubi Qafqazın əsas sənaye şəhərlərindən olan Sumqayıtda müxtəlif kimya müəssisələri fəaliyyət göstərib. Bu zavodlar öz istismar dövrünü başa vuraraq yararsız hala düşüb. Bütün bunlara baxmayaraq hazırda prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən sözügedən müəssisələrin yerində müasir sənaye müəssisələri yaradılır.

Zakir Fərəcov bildirdi ki, Sumqayıt şəhərində gənclərin işlə təmin olunması ən mühüm prioritet məsələlərdən hesab olunur.  Hzırda gənclərin məşğulluğu üçün yeni müəssisələr yaradılır. Qeyd olundu ki, regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində olduğu kimi Sumqayıtda da abadlıq və quruculuq işləri uğurla davam etdirilir. Günü-gündən gözəlləşən şəhərimizdə yeni inzibati binalar tikilərək istifadəyə verilir. Möhtəşəm Heydər əliyev Mərkəzi, Şahmat Məktəbi, Uşaq İncəsənət Məktəbi buna bariz nümunədir.

Həmçinin mövcud mədəniyyət, təhsil və səhiyyə ocaqları yenidən qurulur. Z.Fərəcov qeyd edib ki, şəhər sakinlərinin asudə vaxtlarının səmərəli keçirilməsi üçün Sumqayıtda ilk dəfə olaraq dəniz kənarında müasir bulvar kompleksi yaradılıb. 4,2 kilometr uzunluğu olan bulvarda hər cür şərait yaradılıb. Bütün yaradılan bu gözəlliyə xələl gətirənlər olduğunu deyən şəhər rəhbəri gəncləri şəhərimizdə təmizliyi qorumağa səslədi. Çıxış edən gənclər şəhərin son iki il ərzində inkişafı üçün görülmüş işlərə görə şəhər rəhbərinə minnətdarlıqlarını bildirdilər.  Abadlaşan şəhərdə quruculuq işlərində bir gənc olaraq yaxından iştirak etmələri üçün üzərlərinə düşən vəzifələrdən danışdılar.

Tədbirin sonunda  könüllüləri maraqlandıran suallara şəhər icra Başçısı tərəfindən aydınlıq gətirildi.

DSC_0055 DSC_0062 DSC_0066 DSC_0068 DSC_0073 DSC_0084 DSC_0098 DSC_0061   DSC_0120

Facebook Şərhləndirmə:

“Zakir Fərəcov gənc könüllülərlə görüşüb – FOTOLAR” yazısına 4 cavab

  1. Aytac Hacıyeva deyir:

    Zakir bəyə biz gənclərə və gözəl şəhərimizə diqqət və qayğıyla yanaşdığına görə dərin minnətdarlığımızı bildiririk.

  2. Pəri Vəliyeva deyir:

    Son iki ildə şəhərimizdə gedən abadlıq quruculuq işləri nəticəsində günü-gündən inkişaf edən şəhərimizi gördükcə biz Sumqayıtlıları çox sevindirir.Bu gün biz gənclər hörmətli Zakir müəllimə öz təşəkkürümüzü bildiririk.Biz gəncləri hər zaman belə diqqətdə saxladığı üçün.Biz gənclər də hər zaman şəhərimizin bütün işlərində yaxından kömək etməyə hər zaman hazırıq.

  3. Ulviyye deyir:

    Hormetli rehberimize biz. G3nclere gosteren qaygiya ve diqqete gore tewekkurumu bildirirem..

  4. Seymur Aslanov deyir:

    Çox səmimi şəraitdə keçən görüşdə şəhər rəhbəri gənclərin könüllük fəaliyyətini yüksək qiymətləndirdi

Şərhinizi yazın