Menu
Geri İrəli

Zakir Fərəcov göstəriş verdi: kitabxana ətrafındakı obyektlər söküldü

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Dekabr 2015 • Baxış sayı: 1,518 dəfə • 1 şərh

sumqayiteber.com xəbər verir ki, dünən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov şəhərin mədəniyyət müəssisələrinə növbəti baxış zamanı Səməd Vurğun adına Mərkəzi kitabxanada olub. Kitabxananın fondu, oxucusu, iş şəraiti ilə tanış olan icra başçısı vaxtilə oxucusu olduğu bu elm məbədgahının bu günkü vəziyyətini bəyəndiyini bildirib. Oxucuları və kitabxana əməkdaşlarını narahat edən problemlərlə də maraqlanan Zakir Fərəcov həm kitabxana, həm də ətraf sakinlər üçün narahatlıq yaradan bəzi obyektlərin dərhal sökülməsinə göstəriş verib. Bu gün artıq icra başçısının göstərişinə əsasən xeyli vaxtdan bəri öz səs-küyü ilə oxucuları narahat edən avtoyuma məntəqəsi və bəzi digər obyektlər sökülüb.

12347619_1689684531277322_8949621120355293054_n 12366349_1689684574610651_4250634913467088897_n 1488674_1689684534610655_3753082121071640374_n

Facebook Şərhləndirmə:

“Zakir Fərəcov göstəriş verdi: kitabxana ətrafındakı obyektlər söküldü” yazısına bir cavab

  1. Vetendash deyir:

    Alqışlanası işdir. Gün o gün olsunki, Zakir müəllim digər qanunsuz tikilən tikililərə “Sökülsün” tapşırığını versin. SDU ilə üzbə-üz tikilən yaşayış binasını “hasara” alan OBYEKTdə sökülsün.

Şərhinizi yazın