Menu
Geri İrəli

Zakir Fərəcov “Göyərçin” abidəsinin müəllifinin sərgisində – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Fevral 2016 • Baxış sayı: 972 dəfə • Şərh yoxdur

Bu gün Sumqayıt Dövlət Rəsm Qalereyasında Sumqayıt şəhər İcra Hakimiyyəti, şəhər Mədəniyyət və Turizm idarəsi, Sumqayıt Dövlət Rəsm Qalereyası ilə birgə monimentalist rəssam Vaqif Nəzirovun 75 illik yubileyinə həsr olunmuş “Sumqayıta bağlanmış sənət ömrü- 45 il” adlı fərdi sərgisi keçirilib.

Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin mətbuat xidmətindən sumqayitxeber.com-a verilən məlumata görə sərgidə ümumilikdə 27-yə yaxın rənkgarlıq işləri, 4 ədəd gips işləri, 2 ədəd mis oyma işləri nümayiş olunub.

Sumqayıt şəhər İcra Hakimiyyəıtinin başçısı Zakir Fərəcov tədbirə qatılaraq rəssamın əl işləri ilə yaxından tanış olub.

Tədbiri giriş sözü ilə açan Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov yubilyarı təbrik edib, ona xoş arzularını çatdırıb və 75 illik yubileyi, o cümlədən incəsənət sahəsində uzun muddətli səmərəli fəaliyyətinə görə fəxri fərmanla təltif edib. Mehman Şükürov çıxışında şəhər İcra Hakimiyyəıtinin başçısı Zakir Fərəcova tədbirdə iştirakına və mədəniyyət işçilərinə hər zaman dəstək olduğuna görə təşəkkür edib.

Yubilyarı təbrikə gələn Əməkdar memar Hafiz Əmirxanov, şair Vahid Əziz çıxış edərək ürək sözlərini bildirib, xatirələrini bölüşüblər.

Daha sonra Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tədbirdə çıxış edib. O, bildirib ki, Vaqif Nəzirov hələ sağ ikən özünə abidə qoymuş bir insandır. İllər keçəcək adı Sumqayıtın rəmzi olan Sülh Göyərçini abidəsi ilə bərabər çəkiləcək, nəsillərdən nəsillərə ötürüləcək. İcra başçısı onu da bildirib ki, artıq Sumqayıt beynəlxalq aləmdə də Sülh göyərçini abidəsi ilə tanınacaq. Belə ki, Göyərçin abidəsinin əksi olan xalçalar və metal lövhələr hazırlanır və hədiyyə olaraq şəhərimizə gələn qonaqlara təqdim olunacaq. Yubilyarı təbrik edərək xoş arzularını çatdıran İcra başçısı, ona hədiyyələr təqdim edib və yaxın zamanlarda Sumqayıtda rahat işləyib və fəaliyyət göstərməsi üçün 2 otaqlı mənzillə təmin edəcəyini bildirib, xatirə kitabına ürək sözlərini yazıb.

Tədbirdə Sumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbinin fortepiano sinfinin şagirdləri Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa ediblər.

12733965_1569158176737329_7775078842387605040_n 12741857_1569158416737305_8489689323062897649_n 12742792_1569157813404032_6442081900392037461_n 12742844_1569157750070705_8542997048407785017_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın