Menu
Geri İrəli

Zakir Fərəcov İsveçrə şirkətlərinin rəhbərləri ilə görüşdü – investisiya imkanları müzakirə olundu

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Aprel 2017 • Baxış sayı: 1,479 dəfə • 8 şərh

İsveçrənin “FRIKE GROUP” şirkətinin rəhbəri Andre Keller, kosmetika və yuyucu vasitələr cəmiyyətinin direktoru Berin Klötta Sumqayıt şəhərində səfərdə olublar. Səfər çərçivəsində qonaqları Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qəbul edib.

Qonaqlara Sumqayıt şəhəri haqqında ətraflı məlumat verən şəhər rəhbəri bildirib ki, hazırda Sumqayıt şəhərinin 67 yaşı var. Gənclik şəhəri olmasına baxmayaraq burada bir zamanlar iri kimya sənayeləri mövcud idi.

Lakin istismar müddətini başa vuran bu müəssisələrin yerində hazırda yeni sənaye zonaları inşa olunur. Bu da şəhərin iqtisadiyyatına güclü təkan verməklə yanaşı işsizlik problemini də aradan qaldırır.

Qeyd olundu ki, hazırda Sumqayıt şəhərində iqtisadiyyatın müxtəlif istiqamətlərində,  o cümlədən kimya sənayesi sahəsində   investisiyalar üçün böyük potensial mövcuddur. Eyni zamanda investorlar üçün cəlbedici güzəştlər vardır.

Qonaqlar şəhər rəhbərinə səmimi qəbula görə təşəkkürlərini bildirdilər və şəhərdə son dövrlər əldə olunan uğurları görməkdən məmnun olduqlarını qeyd etdilər. İsveçrə ilə Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində aktiv fəaliyyəti yüksək qiymətləndirərək münasibətlərin daha da möhkəmləndirilməsinin, qarşılıqlı investisiyaların vacib olduğunu vurğuladılar.

Sonda qonaqlar şəhərdə fəaliyyət göstərən müəssisələrlə yaxından tanış olublar.

DSC_0010 DSC_0027

Facebook Şərhləndirmə:

“Zakir Fərəcov İsveçrə şirkətlərinin rəhbərləri ilə görüşdü – investisiya imkanları müzakirə olundu” yazısına 8 cavab

  1. Tahir Memmedov deyir:

    Sumqayıtda investisiya imkanları çoxdur. Sadəcə olaraq düzgün dəyərləndirmək lazımdır.

  2. Erestun deyir:

    Zakir müəllim Sumqayıtda çox işlər gördü qısa müddət ərzində. İnanırıq ki bundan sonra da şəhərimiz üçün çox işlər görəcək. Uğurlar!

  3. Osman Feteliyev deyir:

    İş adamlarını daha çox cəlb etmək lazımdır şəhərimizə. Son zamanlar abadlıq-quruculuq sahəsində xeyli işlər görülüb. Şəhərimiz daha da cəlbedici görünür. Şəhərimiz üçün uğurlu olsun!

  4. Ruslan deyir:

    Sumqayıt şəhərində yeni zavodlar tikiləs yaxşı olardı. İşsiz insanlarımız da məşğul olardı. Belə görüşlər çox yaxşıdır. İnşallah nəticəsi də olar

  5. Məlahət deyir:

    Uğurlar! Xeyirli olsun şəhərimiz üçün

  6. Aytekin deyir:

    Artıq şəhərimizə xarici qonaqları utanmadan gətirə bilirik. Çox gözəldir şəhərimiz. Təşəkkür edirik şəhər rəhbərinə, Zakir müəllimə!

  7. Yaşar deyir:

    Zakir müəllim yorulmaq bilmir, durmadan çalışır. Allah can sağlığı versin. İşlərində uğurlar arzulayırıq.

  8. Mahir Gulehmedov deyir:

    Inaniram ki cenab sefirde Sumqayitlidi ve onun da boyuk komekliyi olacaq bu ishde

Şərhinizi yazın