Menu
Geri İrəli

Zakir Fərəcov məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirədə çıxış edib – MƏTN

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Mart 2017 • Baxış sayı: 1,248 dəfə • 4 şərh

14890593314023964594_1000x669Martın 9-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirilib.

AZƏRTAC xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir FƏRƏCOV müşavirədə çıxış edib.

Çıxışı təqdim edirik:

-Çox hörmətli Birinci vitse-prezident Mehriban xanım.

İcazə verin, Sizi sumqayıtlılar adından ölkənin Birinci vitse-prezidenti təyin olunmağınız münasibətilə ürəkdən təbrik edim, Sizə cansağlığı və işlərinizdə uğurlar arzulayım.

Hörmətli Mehriban xanım, milli mədəniyyətimizin, mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətə sağlam dəyərlərin aşılanmasında Sizin müstəsna xidmətləriniz var.

Heydər Əliyev Fonduna rəhbərlik etdiyiniz, Milli Məclisə deputat seçildiyiniz vaxtdan ölkə həyatının elə bir sahəsi olmayıb ki, burada olan problemli məsələlər diqqətinizdən kənarda qalsın. Sizin rəhbərliyinizlə həyata keçirilən layihələr təhsil, səhiyyə, mədəniyyət və sosial sferaları, ekologiya, idman və sair sahələri əhatə edir. Bütün imkan və bacarığınız insanların rifahı naminə humanitar proqramların reallaşmasına, Azərbaycanın dünyada sivil ölkə kimi tanınmasına yönəldilib. Heydər Əliyev Fondunun rəhbəri kimi, köməyə ehtiyacı olan insanlara hər an yardım etməyə hazır olan doğma insan kimi özünüzü cəmiyyətə sevdirə bilmisiniz.

Hörmətli Mehriban xanım, hər bir sumqayıtlı yaxşı bilir ki, şəhərimizin sosial-iqtisadi inkişafında, əhalinin yaşayışının, güzəranının yaxşılaşdırılmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri var. Azərbaycana rəhbərliyi dövründə 16 dəfə şəhərimizdə olmuş Ulu Öndərin xeyir-duası ilə iri sənaye müəssisələri, elm, təhsil, mədəniyyət, səhiyyə və digər sosial obyektlər istifadəyə verilib, yeni yaşayış məhəllələri və mikrorayonları salınıb. Sumqayıtın müasir bir şəhər kimi formalaşması və inkişafı məhz Ulu Öndərin adı ilə bağlıdır.

Böyük razılıq hissi ilə bildirmək istəyirəm ki, Ulu Öndərimizin şəhərimizə olan bu münasibəti bu gün cənab Prezidentimiz İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Cənab Prezident Sumqayıtın əvvəlki şöhrətinin özünə qaytarılmasında və sosial problemlərin həllində bizə yüksək qayğı göstərir.

Qədirbilən Sumqayıt sakinləri yaxşı dərk edirlər ki, şəhərdə gedən quruculuq prosesləri məhz cənab Prezidentin köməyi sayəsində həyata keçirilir. Ölkə başçısının rəhbərliyi ilə müstəqil Azərbaycanımızın bütün bölgələri kimi, Sumqayıt şəhəri də bu gün öz dinamik inkişaf dövrünü yaşayır və görülən tədbirlər nəticəsində şəhərimizin həyatı yüksək dərəcədə canlanır.

zakir ferecov3Hörmətli Mehriban xanım, bu gün müzakirə olunan məsələ ən aktual problemlərdən birinə – doğma yurdlarını, el-obalarını məcburi tərk etmiş insanların sosial yaşayış şəraitinin yaxşılaşdırılmasına həsr olunub.

Məlum hadisələr nəticəsində Sumqayıt şəhərində respublikamızın 10 şəhər və rayonundan 13 min 330 ailə, 52 min 176 məcburi köçkün müvəqqəti olaraq məskunlaşıb. Ağdam rayonundan 3225, Qubadlı rayonundan 22 min 273, Kəlbəcər rayonundan 507, Laçın rayonundan 5962, Zəngilan rayonundan 5144, Füzuli rayonundan 7165, Xocalı şəhərindən 463, Xocavənd rayonundan 483, Cəbrayıl rayonundan 5913, Şuşa şəhərindən 763 məcburi köçkün yaşayır. Hazırda məcburi köçkünlər aşağıdakı sosial və digər obyektlərdə məskunlaşıblar:

- ictimai binalarda – 2697 nəfər;

- yataqxanalarda – 4688 nəfər;

- təhsil müəssisələri və uşaq bağçalarında – 5292 nəfər;

- hərbi hissələrə məxsus binalarda – 1655 nəfər;

- qohum evində – 1270 nəfər;

- tikintisi yarımçıq binalarda – 1334 nəfər;

- sanatoriya, pansionat və istirahət evlərində – 3687 nəfər;

- digər vətəndaşlara məxsus mənzillərdə – 3514 nəfər;

- şəhərətrafı ərazilərdə tikilmiş gecəqondularda – 28 min 39 nəfər.

Məcburi köçkünlərin məskunlaşdığı sosial və digər obyektlər, yataqxanaların əksəriyyəti sanitar norma və tələblərə cavab vermir. Ən adi məişət şəraiti belə mövcud deyil. Hazırda köçkünlərin yaşadığı on beş yataqxana binası qəzalı vəziyyətdədir.

Məktəblərdə əlavə sinif otaqlarına və şəhərdə uşaq bağçalarına tələbat 25 faiz ödənildiyi üçün yenilərinin tikintisinə böyük ehtiyac olduğu halda, əksər məktəblərdə və 56 uşaq bağçasının 50-də məcburi köçkünlər yerləşdirilib.

Bütün bunlarla yanaşı, şəhərdə məskunlaşmış məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə yeni şəhərciyin salınması məqsədəuyğun olardı. Sumqayıt şəhərində hazırda torpaq sahəsinin məhdudluğu nəzərə alınaraq, bu məqsəd üçün iki variant təklif edilib. Birinci variant Sumqayıt stansiyası yaşayış massivinin yaxınlığında məcburi köçkünlərin yerləşdirilməsi üçün ayrılmış 200 hektar torpaq sahəsində hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikilməsidir. Artıq həmin 200 hektardan 50 hektar torpaq sahəsi 3-4 il bundan əvvəl Komitəyə ayrılıb. Sərəncam da verilib, layihə də hazırlanıb. Əlavə olaraq 150 hektar ehtiyat saxlanılıb ki, əlavə nə qədər tikinti olsa, orada aparıla bilər.

14890593311817329645_1000x669İkinci variant, şəhərdəki İnşaatçılar yaşayış sahəsində ötən əsrin 40-50-ci illərində tikilmiş, istismar müddəti ötmüş, qəzalı vəziyyətdə olan taxta konstruksiyalı, kommunal xidmətləri olmayan, ikibloklu, səkkizmənzilli binaların sökülərək yerində hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikilməsidir. Burada inşa olunacaq binalar üçün yeni kommunikasiya xətlərinin çəkilməsinə ehtiyac qalmayacaq. Sumqayıtdan kənarda, 8-10 kilometrlik məsafədə yerləşən 200 hektar ərazidə kommunikasiya xətləri olmadığı halda, təklif edilən ikinci variantda – şəhərin köhnə hissəsində bu imkan var. Yəni, kommunikasiya xətlərinin çəkilməsinə ehtiyac duyulmur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində qaçqın və məcburi köçkünlər dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunmuşlar. Yerlərdə onların sosial-məişət problemlərinin həlli istiqamətində müvafiq işlər həyata keçirilir və bu məsələ daim diqqətdə saxlanılır.

Hörmətli Mehriban xanım, məcburi köçkünlərin problemlərinin həllində daim Sizə yardımçı olmağa hazırıq. Hər hansı tapşırıq olacaqsa, icra etməyə hazırıq. Çox sağ olun.

Facebook Şərhləndirmə:

“Zakir Fərəcov məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirədə çıxış edib – MƏTN” yazısına 4 cavab

  1. Maqsud deyir:

    Zakir müəllimə Allah can sağlığı versin!
    Sumqayıtın ən aktual problemlərindən biri də məhz yataqxana problemidir.
    Zakir müəllimin səsləndirdiyi ikinci variant həqiqətən də daha məqbuldur. Həm şəhərin genişləndirilməsi, həm də iqtisadi baxımdan.
    Uğurlar!

  2. Sədaqət deyir:

    Başçımızla fəxr edirik!
    Şəhəri tanıyan, sevən icra başçısı belə məhsuldar çalışa bilər yalnız. Yaxşı olar ki, hər kəs işinə belə məsuliyyətli yanaşsın.

  3. Hűsű deyir:

    Esl başçı belede olmalidı. Gencliyinden Sumqayıtda yaşayir ve şeherimizin her bir qariwin elinin içì kimi tanıyır.

  4. niyaz muellim deyir:

    Addim addim meqsede dogru dinamik inkisaf yolu ile,xalqin etimadini qazanmaqla ,bax bele gelmek lazimdir.

Şərhinizi yazın