Menu
Geri İrəli

Zakir Fərəcov məktəblərdə oldu – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Sentyabr 2017 • Baxış sayı: 3,140 dəfə • 6 şərh
Share Button

DSC_0112

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt şəhərində orta məktəblərdə görülən işlərlə tanış olub.

Son iki ildə yeni inkişaf mərhələsi yaşayan Sumqayıtda təhsilin inkişafına da xüsusi diqqət yetirilir. Sumqayıt şəhərində fəaliyyət göstərən məktəblərdə əsaslı və cari təmir işləri yekunlaşdırılmaq üzrədir.

Şəhər rəhbəri yeni tədris ilinə hazırlıqla bağlı görülən işlərin gedişi ilə tanış olmaq üçün Sumqayıt şəhərində fəaliyyət göstərən 17 və 24 saylı məktəblərdə olub.

Görülmüş işlərlə bağlı şəhər rəhbərinə məlumat verilib. Bildirilib ki, təhsil ocaqlarınındərs otaqları, yeməkxanaları, idman zalları, dəhlizləri təmir olunur, dam örtükləri yenilənir.

Şəhər rəhbəri məktəblərin kollektivləri ilə görüşüb, şəhərdə həyata keçirilən abadlıq-quruculuq və eləcə də təhsil müəssisələrində görülmüş işlərlə bağlı fikirlərini bölüşüb.

İşlərin tez bir zamanda başa çatdırılması üçün tapşırıq və tövsiyələrini verib. Kollektivə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

DSC_0145DSC_0148DSC_0196DSC_0214DSC_0241

 

DSC_0001 DSC_0003 DSC_0011
DSC_0023 DSC_0028

DSC_0118

DSC_0031DSC_0036

DSC_0020

 

 

 

 

Facebook Şərhləndirmə:
Share Button

“Zakir Fərəcov məktəblərdə oldu – FOTOLAR” yazısına 6 cavab

  1. Efqan Semedov deyir:

    Zakir melllim cox sagolun sizki bu sehire bele qaygi gosterirsiz. 17 sayli mekteb artiq baglanmaq tehlukesinde idi. Yuz yasayasiniz. axirki orada mekteb sirasina catdi

  2. Arif deyir:

    Mekteblerin döshemeleri Avropa standartina tam uygundur.

  3. Irade deyir:

    Menim 2 qohumum 17 nomrelide oxuyur heyf bizim vaxtimizdan ki bele disiplina olmadi. cox gozel !bugun basqa muhitdir!

  4. Aytən deyir:

    Cənab başçı Allah sizi qorusun! Bu şəhər öz sahibini tapdı!… Axır ki !…
    Hörmətli Zakir Fərəcov!
    İşin bilməyənləri, təsadüfi insanları silib təmizləsəz çox yaxşı olar! Şəhərdə belələri çoxdur!
    Xahiş edirəm bunları nəzərə alın! Havayı pul yeyirlər! Şəhərin heç bir işinə yaramırlar! Ancaq özləri üçün villalar tikməklə məşğuldurlar!…

  5. Gunay deyir:

    Qoy Allah Zakir muellimin dayaqi olsun! Qoy butun icralar gorsun ki, bu seherin rehberi necedir! Ibret gotursunler. Vallah isleyenle-islemeyen bilinir.Zakir muellim Sizi bu sehere teyin etdiyine gore Prezidentimize minnetdariq. 8-ci mikrorayon da sayilarmis.

  6. Qasım Əliev deyir:

    Mən 17 nömrəli məktəbin 23 il əvvəl məzunu olmuşam.Hal hazırda xaricdə yasayıram.Hər dəfə Azərbaycana gələndə məktəbimizə baxıb ürək ağrısı yaşayırdım.İldən ilə məktəbimiz bərbad vəziyətə düşürdü. Fikirləşirdim, bu gün ya sabah uçacaq.İndi yenədə inanmıramki bu şəkillər 17 nömrəlidə çəkilib. Bu həqiqətdisə sözüm yox. Bəs indiki direktor xanim kimdir? Onu kim təyin edib bu məktəbə?
    Məzunlardan məktəbə yaxın yaşayanlar varsa xahiş edirəm bu şəkillərin bizim 17-də çəkilib çəkilməməsindən yazsınlar. Uçmaq təhlükəsində olan bir məktəb(axırıncı dəfə 3 il əvvəl olmuşam məktəbdə) bu vəziyətə necə çata bilər.Yoxsa fotoşopdur bu şəkillər???

Şərhinizi yazın