Menu
Geri İrəli

Zakir Fərəcov məktəblilərin bayram tədbirlərində iştirak edib – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Sentyabr 2016 • Baxış sayı: 2,262 dəfə • 10 şərh
Share Button

2016-2017-ci tədris ilində Sumqayıtda 47 ümumtəhsil müəssisəsində 5930 şagird I sinfə gedib, onlar 199 sinifdə komplektləşdirilib. Şagirdlərin sayı ötən tədris ili ilə müqayisədə 400 nəfər çoxdur.

AZƏRTAC xəbər verir ki, sentyabrın 15-də Bilik günündə Sumqayıt şəhərinin Corat qəsəbəsindəki 7 nömrəli tam orta məktəbdə xüsusi ab-hava, coşqu vardı. Sumqayıtın qocaman təhsil ocağı şəhər icra hakimiyyəti tərəfindən əsaslı təmirdən sonra şagirdlərin ixtiyarına verilib.

Bayram tədbirində şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov məktəbin müəllim və şagird kollektivini, eləcə də Corat sakinlərini təbrik edərək bildirib ki, hər yerdə olduğu kimi, Sumqayıtda da Prezident İlham Əliyevin diqqəti sayəsində təhsil islahatı uğurla aparılır. Qeyd edilib ki, ölkəmizin sürətli iqtisadi inkişafı nəticəsində ümumtəhsil müəssisələrində əlverişli təlim-tərbiyə şəraitinin yaradılmasına xidmət edən maddi–texniki bazanın yenidən qurulması, müasir tədris avadanlığı ilə təminat sahəsində genişmiqyaslı işlərin görülməsi danılmaz həqiqətdir.

Məktəbin direktoru Təranə Haqverdiyeva bildirib ki, 1294 şagird yerlik 7 saylı tam orta məktəbin 118 yaşı var. Məktəbin ümumi sahəsi 18 min 873 kvadratmetrdir. Ötən ilin uğurlarından danışan direktor deyib ki, üçmərtəbəli təhsil müəssisəsi müasir standartlara cavab verir. O, təhsil ocağında yaradılan şəraitin şagirdlərin təlim-tərbiyəsində mühüm rol oynadığını vurğulayıb.

Pedaqoji kollektivin nümayəndələri, valideynlər gənc nəslə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ediblər.

Sonra məktəblilər bir-birindən maraqlı şerlər söyləyiblər.

Məktəbdə yaradılan şəraitlə tanışlıq zamanı bildirilib ki, təhsil ocağında sinif otaqları ilə yanaşı kompyuter, kimya və fizika laboratoriyası, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi otaqları, tibb məntəqəsi, yeməkxana, kitabxana, 200 nəfərlik akt və idman zalları da təmir edilib və müasir avadanlıqla təchiz olunub.

Şəhər icra hakimiyyətinin rəhbərliyi Sumqayıtdakı 15 nömrəli tam orta məktəbdə və “İstedad” liseyində də olub, məktəblilərin bayram tədbirlərində iştirak edib.









dsc_0043 dsc_0085 dsc_0091dsc_0104 dsc_0158 dsc_0178-1 dsc_0202 dsc_0208 dsc_0218 dsc_0227 dsc_0284 dsc_0324 dsc_0347 dsc_0349 dsc_0354 dsc_0359

dsc_0013

dsc_0016-3

dsc_0014

dsc_0011-1

dsc_0007-2

dsc_0008

dsc_0009-1

dsc_0010

 

Facebook Şərhləndirmə:
Share Button

“Zakir Fərəcov məktəblilərin bayram tədbirlərində iştirak edib – FOTOLAR” yazısına 10 cavab

  1. Aynur deyir:

    Çox səmimi görüş oldu. Təşəkkür edirik Zakir müəllimə. Biz şagirdləri daha da ruhlandırmış oldu gəlişi ilə.

  2. Xatirə Məmmədova deyir:

    Çox təşəkkür edirəm şəhərimizin icra başçısı çox hörmətli Zakir müəllimə ki, uzun müddət unudulmuş Corat məktəbini unutmadı.
    Artıq corat uşaqları da normal məktəbdə təhsil ala biləcəklər!
    Çoxdan bu addımı gözləyirdik.

  3. Sevinc İmanova deyir:

    Nə xoş təsadüffff!
    20 ildir doğma şəhərimizdən uzqqdayam amma heç unutmadım oraları.
    Təşəkkür edirəm sumqayitxeber.com Sumqayıtı unutdurmursunuz. Mən də 15 saylı məktəbdə təhsil almışam. İnanın necə sevindim məktəbimizi, təhsil aldığımız məktəbin divarlarını görmək, sinif otaqlarını görmək.
    Görünən odur ki, şəhərin rəhbəri də çox işlər görür. İnşallah mən gələndə daha müasir görərəm şəhərimizi.
    Hər kəsə salamlar…

  4. Qalib deyir:

    Zakir müəllimi insanların arasında görmək xoşdur. Çox sadə icra başçısıdır. Məncə ona görə ki, o bu şəhərdə yaşayır.İnsanların psixologiyasını bilir, doğma yanaşır şəhərimizə.
    Məncə icra başçımıza dəstək olmalıyıq ki, dahaq çox işlər görsün. Xüsusilə təhsilimizi inkişaf elətdirsin ki, şəhərimizdə neqativ hallar az olsun.

  5. Metanet deyir:

    Sumqayit mekteblileri hemise onde olub. Mence Sumqayit deyende ilk once yuksek tehsil hem de savadli gencleri ilk agila gelir.
    Biz universitetde oxuyanda hemise sumqayit usaqlari onde olub.
    Son vaxtlar sevinirem ki seherimiz hem de gozellesmesi, muasirlesmesi ile diqqet merkezindedir. Sosial sebekelerde son vaxtlar paylaslan sekiller, gorulen islerden gorunur ki her kes seherimize gelmek gormek isteyir. İnsallah tezlikle daha gozel olar.

  6. Ulduze Eliyeva deyir:

    sumqayitxeber, görülen isleri yaxsidir her gun tebliq edirsiniz, ancaq xahis edirik seherimizde insanlarin maariflenmesi, bu gorulen isleri qoruyub saxlamasi ucun de yazilar yazin. İnsanlara caqiris etmek lazimdir ki yeri zibillemesin seherimizi temiz saxlasin.

  7. Yegane deyir:

    Bu fotolar omur boyu xatire kimi qalacaq o usaqlarda. Vaxt gelecek bu fotolari facebook da paylasib nastalji hisler yasayacaq o usalar. Belke de video goruntuler qalmir, maraqli olmur amma foto tarixdir.

  8. Mehriban deyir:

    Uşaqların uzundən nur yagır. Bilinir ki, tehsile meyilli usaqlardir. İnsallah her biri olkemize layiqli vetendas olar.
    ELave edim ki, maraqli olardi ki gelen il imtahandan sonra bu sinifle de Zakir muelim sekil cekdirerdi ali mektebe daxil olduqdan sonra. maraqli olardi

  9. Fidan deyir:

    Musahide elemisem, icra bascimiz usaqlari sevir. Usaqlari seven insan mence pis insan ola bilmez. Korpe fidanlara baxanda oz usaqliqimi xatirladim. uc gun aqlayib getmemisdim derse)

  10. Məmmədova İrade Əhnət qızı deyir:

    Mən Müşaide eledim icra başçımız uşaqları sevir .Çok səmimi sadə və gözel insandır orda olan 1 ci sinife geden uşaqları mene ele gəldi ki çok sevdi ürekle görüşürdi .Mən bir valideyin kimi çok sevindim Zakir müəllimə münnətdaram və Təranə müəllimin əziyyetinə sadeliyinə bütün şagirdlerini nece sevdiyinə göre çok sevindik.Mənim nəvəm 1-c sinifine gedir müəllimi Vəfa müəllimdir çok cəmimi diqqətçil müəllimədir Mən adları çekilen müəlliməlerə çok minnetkaram 7№ li məktəbin valideyini.

Şərhinizi yazın