Menu
Geri İrəli

Zakir Fərəcov müasir üslubda inşa edilən Yeni Azərbaycan Partiyasının inzibati binasında olub

Müəllif: sumqayitxeber.com • Tarix: 12 May 2017 • Baxış sayı: 1,195 dəfə • 3 şərh

zakir ferecov-yap2Sumqayıt şəhər 6-cı mikrorayon ərazisində Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatına yeni inzibati bina tikilir.

Mütəmadi olaraq şəhərdə gedən tikinti işlərinə baş çəkən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov  Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının tikilməkdə olan yeni inzibati binasında olub. Şəhər rəhbəri tikinti ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Ümumilikdə 3500 kvadratmetr sahəni əhatə edəcək bina 2 mərtəbədən və mansar hissədən ibarət olacaq. İnzibati binanın birinci mərtəbəsinin sahəsi 950 kvadratmetr olacaq və binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulacaq. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətini, həmçinin YAP-ın müxtəlif tədbirlərində iştiraklarını əks etdirən fotolardan ibarət guşələr yaradılacaq.
Binada 300 nəfərlik konfrans zalı, iş və texniki otaqlar da olacaq. İnzibati bina müasir avadanlıqla təchiz ediləcək. Binanın tikildiyi ərazi abadlaşdırılacaq, yaşıllıq zolağı və park salınacaq. Park ərazisində fontan quraşıdırılacaq və avtomobillərin park edilməsi üçün avtodayanacaq da fəaliyyət göstərəcək.
Xatırladaq ki, YAP-ın Sumqayıt şəhər təşkilatının fəaliyyət göstərdiyi hazırki bina qəzalı vəziyyətdədir.

 Video reportaj:

yap-2

 

Facebook Şərhləndirmə:

“Zakir Fərəcov müasir üslubda inşa edilən Yeni Azərbaycan Partiyasının inzibati binasında olub” yazısına 3 cavab

  1. Irade deyir:

    Zakir muellim soz verdise edir. Qisa muddetde cox isler gordu

  2. Mubariz Eliyev deyir:

    Seherimiz gunden gune gozellesir. Allah Zakir muellime can saqliqi versin! Sheherimizi cox deyisdi!

  3. Xanəli Məmmədov deyir:

    Kreativ düşüncə, sərrast məntiq, dövlətçiliyə sədaqət və təəssübkeşik Zakir müəllimin həyat kodeksidir. Şəhərimiz naminə Ona uğurlar arzulayıram.

Şərhinizi yazın