Menu
Geri İrəli

Zakir Fərəcov: ” Müəllimlər şagirdlərin qarşısına rəsmi formada çıxmalıdır”

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Yanvar 2016 • Baxış sayı: 1,407 dəfə • Şərh yoxdur

4Zakir Fərəcov qadın müəllimlərə şalvar geyməyi qadağan edib.  Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcov son keçirdiyi iclasda məktəblərdə qadın müəllimlərin şalvar geyinməməsini məsləhət bilib. O, qeyd edib ki, qadın müəllimlər şagirdlərin qarşısında şalvarda yox, rəsmi formada çıxmalıdır. Artıq icra başçısının göstərişlərinə məktəblərdə əməl edilməyə başlanılıb. Belə ki, qadınlar şalvarda deyil, pencək-yubka geyinərək şagirdlərin qarşısına çıxırlar.

Eyni zamanda Z.Fərəcov məktəb və bağçaları gözlənilmədən təftiş edir. İndi təhsil müəssisələri əvvəlcədən xəbər vermədən gələn icra başçısını hər an gözləyirlər.

Z.Fərəcovun daha bir göstərişi isə 11-ci sinif şagirdləri ilə bağlıdır. Belə ki, əvvəllər 11-ci sinif şagirdləri ali təhsil müəssisələrinə qəbul imtahanlarına hazırlaşmaq üçün əksər vaxtlarda məktəbə gəlmir və buna görə direktorlara müəyyən məbləğdə pul ödəyirdilər.

İcra başçısının göstərişi ilə Sumqayıt Şəhər Təhsil Şöbəsindən məktəblərdə 11-cilərin dərsə davamiyyəti hər gün yoxlanılır, dərsə gəlməyənlər isə zəng edilərək çağrılır.

Aytən ZƏHRA, modern.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın