Menu
Geri İrəli

Zakir Fərəcov müəllimləri mükafatlandırdı – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Oktyabr 2016 • Baxış sayı: 4,503 dəfə • 3 şərh
Share Button

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü Sumqayıt şəhərində qeyd olunub.

Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov əlamətdar gün münasibəti ilə təbrik edərək, onlara xoş arzularını çatdırıb, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd olunub ki, ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra bütün sahələr kimi, təhsil sahəsi də inkişaf etməyə başlayıb. Ümummilli lider Heydər Əliyevin Azərbaycan təhsilinə göstərdiyi yüksək diqqət və qayğı bu gün Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.

Bunun nəticəsidir ki, ölkəmizdə ümumtəhsil məktəblərinin maddi-texniki bazası möhkəmləndirilir, müasir tələblərə cavab verən yeni təhsil ocaqları tikilib istifadəyə verilir, müəllim və şagirdlərə göstərilən qayğı gündən-günə daha da artır.

Tədbirdə xalqımızın milli təfəkküründə müəllim adının hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunduğu, böyük hörmətlə, yüksək ehtiramla çəkildiyi qeyd edilib.

Çıxış edən ziyalılar Sumqayıt müəllimləri adından Azərbaycan təhsilinə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonda təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup müəllimə fəxri fərman və hədiyyələr təqdim olunub.

Tədbir konsert proqramı ilə başa çatıb.

dsc_0003-1

dsc_0004

 

dsc_0305

 

dsc_0308 dsc_0309 dsc_0382 dsc_0001 dsc_0002-2

dsc_0005-2 dsc_0006 dsc_0007-2 dsc_0009-1 dsc_0010-1 dsc_0011-1 dsc_0012-3 dsc_0013-1 dsc_0014 dsc_0018-1 dsc_0019 dsc_0022-3 dsc_0023-1 dsc_0025-2 dsc_00088 dsc_0185-1 dsc_0188 dsc_0202 dsc_0204 dsc_0210 dsc_0297 dsc_0301

 

 

Facebook Şərhləndirmə:
Share Button

“Zakir Fərəcov müəllimləri mükafatlandırdı – FOTOLAR” yazısına 3 cavab

  1. Xalid deyir:

    Deyerli insanlara deyerli insan qiymet verer.

  2. Rahile Quliyeva deyir:

    Neçə ildir görmədiyim müəllimlərimi gördüm. Çox kövrəldim.
    Müəllimləri yad etmək, mükafatlandırmaq gözəl hisdir. O cəmiyyət inkişaf edir ki, orada müəllimlərə böyük hörmət və izzətlə yanaşırlar, dəyərləndirirlər, xatırlayırlar.
    Müəllim adı bütün adlardan ucadır mənim üçün.
    Zakir müəlimə də təşəkürümü bildirirəm ki, müəllimləri yad edir, mükafatlandırır və ən asası vaxt tapıb görüşür onlarla.

  3. Gunel Qiyasova deyir:

    ZƏR QƏDRİNİ ZƏRGƏR BiLƏR!

Şərhinizi yazın