Menu
Geri İrəli

Zakir Fərəcov Olimpiya və Paralimpiya Oyunlarında iştirak edəcək Sumqayıt idmançıları ilə görüşdü – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 22 İyul 2016 • Baxış sayı: 1,369 dəfə • 2 şərh

 DSC_0159

Rio-de-Janeyroda keçiriləcək XXXI Yay Olimpiya və XV Paralimpiya Oyunlarında iştirak edəcək Sumqayıt idmançılarının yolasalma mərasimi keçirilib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov XXXI Yay Olimpiya və XV Paralimpiya Oyunlarında iştirak edəcək Sumqayıt idmançıları Elvin Məmişzadə (boks), İlham Zəkiyev, Rövşən Səfərov, Səbinə Abdullayeva (cüdo), Elşən Hüseynov (poverliftinq) və onların məşqçiləri ilə görüşüb.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ölkə rəhbərliyinin xüsusi diqqəti və qayğısı nəticəsində qısa vaxt ərzində Sumqayıt şəhərində həyata keçirilən abadlıq-quruculuq işləri, sosial infrastruktur layihələri, o cümlədən bədən tərbiyəsi və idman sahəsinin inkişafı istiqamətində görülən işlər, təşkil edilən Beynəlxalq miqyaslı tədbirlər haqqında geniş məlumat verib. İstər sovet dönəmində, istərsə də müstəqillik illərində ayrı-ayrı idman növləri üzrə Milli yığma komandaların tərkibində çıxış edən Sumqayıtlı idmançıların beynəlxalq yarışlarda uğurlu çıxışları ilə yadda qalmasını önə çəkən şəhər rəhbəri Braziliyada təşkil ediləcək Yay Olimpiya və Paralimpiya Oyunlarında idmançılara uğurlar arzulayıb.

Paralimpiya Oyunlarının ikiqat çempionu İlham Zəkiyev, Əməkdar Məşqçi Yengibar Əliyev səmimi qəbula, eyni zamanda doğma Sumqayıtın gözəlləşməsi istiqamətində aparılan yenidənqurma və abadlıq işlərinə, çoxsaylı yeni sosial layihələrin həyata keçirilməsinə görə ölkə və şəhər rəhbərliyinə idmançılar və məşqçilər adından dərin minnətdarlığını bildiriblər.

İdmançılar və onların məşqçilərinin hər birinə hədiyyə təqdim edilib, xatirə şəkili çəkilib.

Daha sonra yarışlarda iştirak edəcək idmançılar və onların məşqçiləri, Yay Olimpiya Oyunlarının, Dünya və Avropa yarışlarının mükafatçıları, Prezidentin fərdi təqaüdçüləri, Əməkdar bədən tərbiyəsi və idman xadimləri, Əməkdar Məşqçilər olmaqla bir qrup idman ictimaiyyətinin nümayəndələri şəhərdə yeni inşa edilən Heydər Əliyev Mərkəzi, Şahmat və Musiqi Məktəbləri, dənizkənarı yeni bulvar və Sahil parkında gedən tikinti və abadlıq işləri ilə tanış olmuşlar.


DSC_0138

DSC_0140





DSC_0126
DSC_0165
DSC_0167 DSC_0169 DSC_0171 DSC_0173 DSC_0179

 

DSC_0066

DSC_0059

DSC_0030DSC_0018

 

 

 

Facebook Şərhləndirmə:

“Zakir Fərəcov Olimpiya və Paralimpiya Oyunlarında iştirak edəcək Sumqayıt idmançıları ilə görüşdü – FOTOLAR” yazısına 2 cavab

  1. Elnur deyir:

    Çox sagolun cənab başçl, idmançilarimiza və ümuyyətlə şəhərimizə göstərdiyiniz qaygi diqqət və hörmətə layiqdir , var olun qurub yaradln biz vətəndaşlarda
    baxaq sizlərin gördüyünüz bu nəcib işlərdən zövq alaq . Qurub yaratmaq şəxsiyyətlərə xas olan bir xarakterdi oda göz önündədir , ugrlariniz bol olsun!

  2. .Enver Elovsetoqlu deyir:

    Zakir FERECOVUN gorduyu iwleri beyenmemek neinki gozden kor olmaq demekdir, hetta menevi cehetden kor olmaqdan beterdir, yeni iw yerlerinin acilmasinada diqeti 1 azda artirsa icra bawcimiz 100 iller bele unudulmayacaq

Şərhinizi yazın